1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Bilik Fondu arasında saziş imzalanıb
28.01.2017 / No3

 
 

 

 


Yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və fondun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova, sektorun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində olublar. Qonaqları Azərbaycan Dövlət Pedaqoji Kollecində görməkdən məmnunluq hissi keçirdiyini bildirən bu orta ixtisas təhsili müəssisəsinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov Bilik Fondunun fəaliyyət göstərdiyi qısa müddət ərzində həyata keçirdiyi çoxsaylı layihələrin cəmiyyətdə böyük rəğbət və maraqla qarşılandığını xüsusi vurğulayıb. Rəhbərlik etdiyi təhsil müəssisəsinin əsas missiyasının ölkə təhsili üçün savadlı, peşəkar, bacarıqlı müəllim kadrları hazırlamaq olduğunu söyləyən Q.Novruzov kollecin xalqın maariflənməsindəki əvəzedilməz rolundan danışıb. Qeyd edib ki, indiyədək on minlərlə layiqli kadr yetişdirən kollec hər zaman öz şöhrətinin zirvəsində dayanıb. Təhsil müəssisəsi bu gün də öz tarixi missiyasını uğurla həyata keçirərək ölkənin ümumtəhsil məktəbləri üçün müasir təhsil texnologiyalarına yiyələnmiş müəllimlər hazırlayır. Kollec haqqında qonaqlara ətraflı məlumat verən direktor Bilik Fondu ilə əməkdaşlığın hər iki tərəfin təhsil, eləcə də sosialyönümlü bir sıra layihələrin birgə reallaşdırılmasında, yeni ideyaların həyata keçirilməsində önəmli rol oynayacağına ümidvar olduğunu bildirib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov səmimi qarşılanmaya görə Qulu Novruzova təşəkkürünü bildirib. Bilik Fondunun əsas məramı, fəaliyyət istiqamətləri, həyata keçirilən layihə və proqramlar haqqında ətraflı məlumat verən Oktay Səmədov tələbə və müəllimlərlə gələcək əməkdaşlığın mümkün formalarından söz açıb. Fondun öz fəaliyyətində gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına xüsusi önəm verdiyini və bu sahədə kifayət qədər uğurlu layihələrə imza atıldığını söyləyən icraçı direktor Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim və tələbələrinin təhsillə bağlı proqramlarda iştirakının vacibliyini önə çəkib.
Sonra Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov əməkdaşlıq haqqında saziş imzalayıblar.
Daha sonra qonaqlar kollecdə yaradılan şəraitlə tanış olub, təhsil müəssisəsinin tələbə və müəllimləri ilə görüşüblər. Görüşdə Bilik Fondu ilə Azərbaycan Dövlət Pedaqoji Kollecinin gələcək əməkdaşlıq perspektivləri barədə məlumat verilib. İcraçı direktor Oktay Səmədov alman türkoloqu Henrix Fridrix fon Dits tərəfindən 1815-ci ildə ilk dəfə aşkar edilmiş, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 25 dildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabını kollecin kitabxanasına hədiyyə edib.
Sonda Bilik Fondunun yaranması, məqsəd və vəzifələri, həyata keçirdiyi layihələrdən bəhs edən film nümayiş olunub.

Samirə KƏRİMOVA,
foto Rəşad
ZİYADOVUNDUR,
“Azərbaycan müəllimi”

yuxarı ⤴