1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Yaşıl xəzinəmizi qoruyaq!” layihəsi çərçivəsində növbəti təlim keçirilib
28.01.2017 / No3

 

 

 


Yanvarın 25-də Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsinin növbəti təlimi keçirilib.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, "Gənclərin Elmi Araşdırmaları Mərkəzi" İctimai Birliyinin nümayəndəsi, təlimçi Cahandar Məmmədov, 291 nömrəli “Ekologiya” liseyinin uşaq birliyinin rəhbəri Ətlaz Zeynalova və 40 nəfər yeniyetmə iştirak edib.
Təlimdə Cahandar Məmmədov bildirib ki, layihənin məqsədi ətraf mühitin mühafizəsində yeniyetmə və gənclərin rolunun artırılmasından ibarətdir.
Qeyd olunub ki, ətraf mühitin mühafizəsi ekoloji hüquq normalarında, qanunvericilikdə nəzərdə tutulmuş müəyyən prinsiplərə uyğun olaraq ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyət dəyişməsinə yol verilməməsi, qorunub saxlanmasıdır. Onların arasında mərkəzi yeri insanların həyat və sağlamlığının mühafizəsinin üstünlüyü tutur. Ölkəmiz zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malikdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün respublikamızın ətraf mühiti həddindən artıq çirkləndirilib.
Vurğulanıb ki, bu problemlərin həlli istiqamətində son illər mühüm işlər görülüb, qərarlar qəbul olunub, dövlət başçısı İlham Əliyev tərəfindən sənədlər imzalanıb. Bütün bunların da müsbət nəticəsi artıq hiss olunur. Diqqətə çatdırılıb ki, bu gün artıq ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapıb. Ölkənin ekoloji strategiyası ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təmin olunmasına yönəlib.
Sonda təlimçi tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırılıb.

yuxarı ⤴