1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






AMEA-da italyan alimlərinin iştirakı ilə seminar keçirilir
28.01.2017 / No3

 
 

 

 


Yanvarın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında İtaliya Milli Sağlamlıq İnstitutunun nümayəndələrinin iştirakı ilə “Ətraf mühit və sağlamlıq: İtaliya və Azərbaycan təcrübəsi” mövzusunda seminar təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə AMEA-nın elmi nailiyyətlər sərgisinə baxıblar. Daha sonra seminar öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev seminarın ictimaiyyətin diqqətini sağlam və təhlükəsiz ətraf mühitə cəlb etmək və İtaliya Milli İctimai Sağlamlıq İnstitutu ilə AMEA-nın müvafiq elmi müəssisələri arasında ekoloji təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Sonra çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Can Paolo Kutillo hər iki ölkənin elmi mərkəzləri arasındakı əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən ekologiya və insan sağlamlığı sahəsində inkişaf etdirilməsinin önəmini vurğulayıb.
Seminarda dünyanın aparıcı elmi təşkilatları ilə beynəlxalq əməkdaşlıq perspektivlərindən danışılıb. Qarşılıqlı münasibətlərin inkişafı və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması imkanlarından bəhs olunub.
Tədbirdə İtaliya Milli Sağlamlıq İnstitutundan professor Pietro Kombanın “Çirklənmiş sahələrdə epidemioloji nəzarət: İtaliya təcrübəsi”, doktor Daniela Marsilinin “Ətraf mühit və sağlamlıq üzrə beynəlxalq elmi əməkdaşlıq: məqsədlər, prosedurlar və tematik araşdırmalar”, doktor Laura Açenenin “Daxili su obyektlərinin gigiyenasının özəllikləri və tədqiqat fəaliyyəti. İtaliyada su təhlükəsizliyi planının həyata keçirilməsi”, doktor Luici Turrio Baldassarrinin “Çirklənmənin monitorinqindən insana təsirinin qiymətləndirilməsi və qarşısının alınması siyasətinədək: İtaliya təcrübəsi” mövzularında məruzələri dinlənilib.
Daha sonra seminar azərbaycanlı alimlərin çıxışları ilə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
 

yuxarı ⤴