1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Dünya universitetlərinin yeni reytinq cədvəli açıqlanıb
28.01.2017 / No3

 

 

 


Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

Böyük Britaniyanın təhsil sahəsində ixtisaslaşmış Times Higher Education (THE) dərgisi dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini açıqlayıb. Bu dəfə THE-nin tədqiqat mövzusu dünyanın ən iri şirkətlərinin baş direktorlarının, prezidentlərinin məzun olduqları universitetlər olub. Dünyanın nəhəng biznes liderləri ən çox hansı universitetlərdə hazırlanır? THE-nin son reytinqi bu suala cavab verməyə imkan verir. Tədqiqat zamanı dünyanın ən iri şirkətlərinin “Fortune Global 500 companies” siyahısına istinad olunub. 2017-ci ilin reytinqinə (Alma Mater Index: Global Executives 2017 top- 100) Amerikanın Harvard Universiteti başçılıq edir. Reytinq cədvəlindən də göründüyü kimi, bu universitetdə 26 kompaniya rəhbərinə 29 ixtisas dərəcəsi verilib. Bu kompaniyaların 2015-ci ildə gəlirlərinin ümumi həcmi isə 1 trilyon 429 milyard 62 milyon dollar təşkil edib. Beləliklə də Harvard Universiteti dünyaya daha çox kompaniya, şirkət rəhbəri bəxş edib. İkinci yerdə 12 baş direktor və 14 ixtisas dərəcəsi ilə ABŞ-ın Stenford Universiteti gəlir. Onların gəlirlərinin ümumi həcmi 729 milyard dollardır. Sonrakı 2 yeri Fransa ali məktəbləri - HEC Paris və Ecole Polytechniqu tutur. Tədqiqatdan görünür ki, Amerika universitetləri “Fortune Global 500 companies” siyahısında təmsil olunan kompaniyalara başçılıq edən 231 baş direktor hazırlayıb. Bu siyahıda yer alan baş direktorların 116-sı Çin, 68-i Fransa, 46-sı Almaniya, 40-ı Böyük Britaniya, 35-i isə Yaponiya universitetlərində hazırlanıb. Qeyd edək ki, “Fortune Global 500 companies” siyahısında olan kompaniyaların 2015-ci ildə gəlirlərinin ümumi məbləğı 27,6 trilyon dollar təşkil edib. Dünya Bankının verdiyi məlumata əsasən isə ABŞ-ın ümumi daxili məhsulunun həcmi bundan az, 18 trilyon dollar təşkil edib. Qeyd edək ki, reytinqin metodologiyası bakalavr səviyyəsindən tutmuş doktorluq və diplomdansonrakı təhsilə qədər bütün digər ixtisas dərəcələrini nəzərdə tutur. Reytinqlə daha ətraflı www.timeshighereducation.com/features/alma-mater-index-2017-who-educates-global-business-elite  səhifəsindən tanış olmaq olar.

Dünya universitetlərinin yeni reytinq cədvəli

 

yuxarı ⤴