1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
İbtidai sinif müəllimlərinin seminarı keçirilib
28.01.2017 / No3

 

 

 


Abşeron Rayon Təhsil Şöbəsində ibtidai sinif müəllimlərinin seminarı keçirilib. Seminarda Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun direktor müavini Nəzakət Məmmədova, institutun Keyfiyyətə nəzarət və monitorinq şöbəsinin baş mütəxəssisi Nərgiz Rəcəbova, təhsil şöbəsinin ibtidai siniflər üzrə metodisti Nisəxanım Rzayeva və rayon ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri iştirak ediblər.
Tədbirdə mütaliənin uşaqların ilkin inkişafında və inkişafının sonrakı mərhələlərində böyük rol oynamasından, elmi biliklərin mənimsənilməsində əlverişli mühitin yaradılması yollarından, gənc müəllimlərin qiymətləndirmə sahəsində qarşılarına çıxan problemli məsələlərdən danışılıb.
Təhsil şöbəsinin aparıcı məsləhətçisi Yavər Əhədov seminarda müəllimlərin çox suallara cavab tapdıqlarını, belə seminarların onlar üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Sonda müəllimlər təşəkkürlərini bildirərək belə öyrədici seminarların tez-tez keçirilməsini arzulayıblar.

yuxarı ⤴