1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Azərbaycan dili və ədəbiyyatı fənnindən nümunəvi tapşırıqlar hazırlanıb
28.01.2017 / No3

 
 

 

 


Sumqayıt Şəhər Təhsil Şöbəsindən radaksiyamıza daxil olan məlumatda bildirilir ki, IX siniflərdə təhsil alan şagirdlərin cari dərs ilində yeni qaydalar əsasında keçiriləcək buraxılış imtahanına daha yaxşı hazırlığını təmin etmək məqsədilə şəhər təhsil şöbəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilməkdədir. Həmin tədbirlərdən biri də ümumi orta təhsil kursu üzrə buraxılış imtahanının I mərhələsinə uyğun test tapşırıqlarının hazırlanıb məktəblərin istifadəsinə verilməsidir. Belə ki, təhsil şöbəsinin təşəbbüsü ilə Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi Fazil Ellazov və M.Quliyev adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mühəddin Hüseynov tərəfindən birinci mərhələ imtahanının proqramına uyğun olaraq nümunəvi test tapşırıqları hazırlanıb. Qeyd edək ki, şəhərin qabaqcıl müəllimləri tərəfindən tam olaraq imtahan proqramına uyğun hazırlanmış bu nümunəvi test tapşırıqları şagirdlərin buraxılış imtahanına hazırlığında əhəmiyyətli rol oynayacaqdır.

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴