1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Bir məktəbdən 9 şagird olimpiadanın respublika mərhələsinə vəsiqə qazanıb
28.01.2017 / No3

 

 

 


Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin bütün şəhər və rayonlarında keçirilmiş respublika fənn olimpiadalarının birinci mərhələsi başa çatıb.
Olimpiadanın nəticələrinin sevindirdiyi məktəblərdən biri də E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydir. Belə ki, olimpiadada müxtəlif fənlər üzrə iştirak etmiş məktəbin 21 şagirdindən 9-u fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.
Biologiya fənni üzrə 9 b sinif şagirdi Kəmalə Mehdiyeva (fənn müəllimi Şəmsinur Rzayeva) 100% nəticə əldə edib.
Azərbaycan dili və ədəbiyyat fənni üzrə 9 a sinif şagirdləri Murad İlknur 88,6%, Aysel Məmmədli (fənn müəllimi Çingiz Muradlı), 10 b sinif şagirdi Günel Hacızadə 74,3% (fənn müəllimi Leyla Allahverdiyeva), riyaziyyat fənni üzrə 9 a, sinif şagirdləri Misir Cəfərov, Ülvi Cəbiyev, İsgəndər Qəribov 92% (fənn müəllimi Brilyand Mürsəlova), coğrafiya fənni üzrə 9 b sinif şagirdi Elgün Şıxməmmədli 88%, Vüsal Hüseynov - 60% (fənn müəllimi Rəvanə Sərdarova) nəticə ilə respublika yarımfinalına vəsiqə qazanıb.
Məktəb - liseyin müəllimlərinin səyi ilə olimpiada qalibləri respublika yarımfinalına inamla hazırlaşırlar.
Şagirdlər respublika yarımfinal turunda da doğma məktəblərinə qələbə sevincləri yaşadacaqlarına əmindirlər.

Sevda QASIMOVA,
İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini
 

yuxarı ⤴