1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Şagirdlər arasında şahmat üzrə rayon birinciliyi keçirilib
28.01.2017 / No3

 

 

 


Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Gənclər və İdman İdarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yanvarın 17-dən 20-dək ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
Rayonda şahmatın kütləviliyinə nail olmaq və şahmatçıların ustalıq səviyyəsinin artırılması məqsədi ilə keçirilən birinciliyin açılış mərasimində çıxış edən Şahbuz Rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi İdris Qəhrəmanov, Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Əli Gülmalıyev Naxçıvan Muxtar Respublikasında yeniyetmə və gənclərə, ümumilikdə, idmana göstərilən dövlət qayğısından, istedadlı gənclərin hər zaman diqqət mərkəzində saxlanılmasından danışıblar.
Sonra yarışın baş hakimi birinciliyin qaydaları haqqında şagirdlərə geniş məlumat verib. 24 zəka sahibi “İsveçrə” sistemi ilə 5 turda mübarizə aparıb. Bütün rəqiblərindən üstün olan Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Kərimli Fərid 5 xalla I, Kükü kənd tam orta məktəbinin şagirdi Seyidli Mirisa 4,5 xalla II, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Əliyev Şahin 4 xalla III yerə layiq görülüblər. Qalib olmuş zəka sahiblərinə təşkilatçıların diplomları təqdim olunub.
 

yuxarı ⤴