1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Xarici mətbuatdan
28.01.2017 / No3

 
 

 

 


Türkiyə təhsil xərclərini artırır

Türkiyə hökuməti yanında Mətbuat yayımı və informasiya baş idarəsinin (BYEGM) hesabatına əsasən, son 14 il ərzində hökumət təhsil xərclərini 12 dəfə artırıb. Əgər 2002-ci ildə təhsil sahəsinin inkişafına 7,5 milyard lirə yönəldilibsə, 2016-cı ildə bu göstərici 85 milyarda çatıb. Sənəddə qeyd edilir ki, 14 il ərzində Türkiyə məktəblərində sinif otaqlarının sayı əhəmiyyətli dərəcədə çoxalıb və müəllimlərin ştatı 60 faiz artıb. Həmçinin məruzədə göstərilir ki, Türkiyənin ali təhsil müəssisələrinin sayı 2 dəfə artaraq 75-dən 181-ə çatıb. Eyni zamanda, 2002-ci ildən Türkiyədə ictimai kitabxanaların sayı iki dəfə artaraq 2016-cı ilin sonunda 24 min təşkil edib. 2003-cü ildə başlayan məktəblərin pulsuz kitabla təmin olunması layihəsi çərçivəsində bu günə qədər 2 milyard 465 milyon 557 min 308 kitab şagirdlərə pulsuz paylanıb.

Dünyanın ən innovativ universitetləri

Böyük Britaniyanın “Times Higher Education” (THE) nəşri dünyanın ən innovativ şirkətləri ilə əməkdaşlıq edən universitetlərin yeni reytinqini təqdim edib (Top universities for working with most innovative firms). Siyahıda 25 ən proqressiv şirkət ilə şərikli elmi məqalələrə həmmüəlliflik edən dünyanın 25 universiteti yer alıb. Reytinq “Clarivate Analytics”-in verilənlər bazasından əldə olunmuş göstəricilərə əsaslanır.
“Times Higher Education”nun versiyasına görə dünyanın ən yaxşı 10 universiteti bunlardır: 1.Eindhoven University of Technology (Hollandiya), 2.Harvard University (ABŞ), 3.University of Washington (ABŞ), 4.University of Science and Technology of China (Çin), 5.University of Minnesota (ABŞ), 6.Massachusetts Institute of Technology (MIT) (ABŞ), 7.University of California, San Diego (ABŞ), 8.Stanford University (ABŞ), 9.Delft University of Technology (Hollandiya), 10.University of Michigan (ABŞ).

Uşaq bağçasının məktəbin inkişafına təsiri

Amerika alimləri uşaq bağçasında tərbiyəçilərin azyaşlılarla münasibəti və gələcəkdə uşaqların məktəb təlimindəki göstəriciləri arasında qanunauyğunluğu aşkar ediblər. Məlum olub ki, bağça uşaqların məktəbdə irəliləyişi üçün güclü impuls verə bilər. Alimlər hesablayıblar ki, bağçada tərbiyəçi tərəfindən uşağa kifayət qədər diqqətin göstərilməsi onun məktəbdə daha yaxşı təhsil almasını stimullaşdırır. Bu cür uşaqların 86 faizi digər həmyaşıdları ilə müqayisədə daha yaxşı nəticələr göstərib. Bu tədqiqatın nəticələri heç vaxt məktəbəqədər hazırlıq müəssisələrində olmayan uşaqlara aid deyil. Təhsildə müvəffəqiyyətlərlə yanaşı, uşaq bağçasında əldə etdikləri pozitiv təcrübədən sonra uşaqlar həmçinin yaxşı sosial və ünsiyyət bacarıqları qazanırlar. Onlarda söz ehtiyatı, həmçinin sinif yoldaşlarıyla dostluq münasibətlərinə başlamaq qabiliyyəti artır.

Oruc MUSTAFAYEV, “Azərbaycan müəllimi”
xarici mətbuat materialları əsasında
yuxarı ⤴