1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan müəllimi” qəzeti “Ən yaxşı yazı” müsabiqəsi elan edir
30.01.2016/№4


Ölkənin bütün təhsil müəssisələrində çalışan müəllimlər, pedaqoqlar tədris etdikləri fənlərlə bağlı fərdi pedaqoji təcrübələrini, müasir dərsin əsas meyarlarını özündə əks etdirən metodiki yazılarını təqdim etməklə müsabiqədə iştirak edə bilərlər. Yazılar 01 yanvar 2016-cı il tarixdən 31 yanvar 2016-cı il tarixinədək muallim@edu.gov.az elektron poçt ünvanında qəbul ediləcək. Təşkilat Komitəsi tərəfindən keçiriləcək təntənəli mərasimdə qaliblərin qiymətli hədiyyə və diplomlarla mükafatlandırılması nəzərdə tutulur. Təqdim olunan yazılar tanınmış pedaqoq, alim və təcrübəli müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin əsas şərtləri:

1. Yazılar Azərbaycan dilində, Times New Roman şrifti ilə təqdim edilməli, həcmi 6 min işarədən az, 9 mindən çox olmamalıdır.
2. İştirakçılar təqdim olunan yazıların sonunda zəruri məlumatları (adı, soyadı, əlaqə telefonu, çalışdığı təhsil müəssisəsinin adı və tutduğu vəzifə) qeyd etməlidirlər.
3. Hər iştirakçı müsabiqəyə bir yazı təqdim edə bilər.
4. Yazıların əvvəlində müsabiqə üçün hazırlandığı qeyd olunmalıdır.
Əlaqə üçün: (012) 561-60-41, (012) 538-51-41
Qeyd: Müsabiqənin Təşkilat Komitəsi edilən çoxsaylı müraciətləri nəzərə alıb yazıların qəbulolunma müddətini 05 fevral 2016-cı il tarixədək uzadır.
 

TƏŞKİLAT KOMİTƏSİ
 

yuxarı ⤴