1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Rəsmi xronika
04.02.2017 / No4

 
 

 

 


* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, SSRİ xalq artisti, maestro Niyazinin abidəsinin açılış mərasimində iştirak edib. Maestro Niyazinin abidəsinin açılışını edən dövlət başçısı İlham Əliyev mərasimdə çıxış edib.

* Fevralın 1-də ölkə başçısı İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) idarə heyətinin sədri Frederik Reynfeldti qəbul edib.

* Prezident İlham Əliyev yanvarın 31-də Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Dövlət başçısı İlham Əliyev konfransda iştirak edib, giriş və yekun nitqi söyləyib.

* Prezident İlham Əliyev yanvarın 30-da Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Yanvarın 30-da ölkə başçısı İlham Əliyev Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin və komitənin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 

yuxarı ⤴