Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
ATU-da maaşlar artırılıb
04.02.2017 / No4

2017-ci ilin yanvarından etibarən Azərbaycan Texnologiya Universitetinin (ATU) professor-müəllim heyəti üzvləri və inzibati işçilərinin maaşları artırılıb. Bununla bağlı qərar universitet Elmi Şurasının yanvarın 25-də keçirilən iclasında qəbul olunub.
Kollektivi yeni qərar haqqında məlumatlandıran ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, maaşların nə qədər və hansı prinsiplər əsasında artırılması barədə təkliflər bu məqsədlə yaradılmış xüsusi komissiya tərəfindən hazırlanıb. Komissiya təklifləri hazırlayarkən Prezident İlham Əliyevin 21 yanvar 2017-ci il tarixində imzaladığı minimum aylıq əməkhaqqının artırılmasına dair sərəncamı, “Təhsil haqqında” Qanunun 38.6-cı maddəsini, eləcə də sosial ədalət və humanizm prinsipləri əsas götürülüb.
Qəbul olunan yeni qərara əsasən maaşların hesablanması artıq diferensial üsulla aparılacaq. Bu zaman əməkdaşın daşıdığı vəzifənin əhəmiyyəti, elmi dərəcə və adların mövcudluğu, nəzərə çarpacaq xidmətlərlə fərqlənmə və universitetdə Təhsil Nazirliyinin pilot layihəsi kimi tətbiq olunan Müştəriyə Yönəlmə Proqramında (MYP) iştirak prinsipləri əsas götürüləcək. Fakültə və kafedraların inzibati işçilərinin maaşı isə həmin struktur vahidlərinin illik büdcəsinə əsasən faiz nisbətilə təyin ediləcək.
Dəyişikliklərə əsasən tətbiq olunacaq maaş artımı vəzifə və göstəricilərdən asılı olaraq 22-40 faiz arasında dəyişir. Ən yüksək - 40 faizlik artımın assistentlərə şamil olunmasının səbəbi gənc mütəxəssislərin universitetdə elmi-pedaqoji fəaliyyət göstərməyə həvəsləndirilməsidir. Eyni zamanda elmi dərəcəsi olmayan əməkdaşların maaşlarına 22 faiz, təsərrüfat işçilərinin əməkhaqqına isə 10-30 faiz arası artım olunacaq. Bundan başqa, fəlsəfə doktoru və elmlər doktoru dərəcələri üçün verilən 60 və 100 manatlıq ödənişlər ATU-nun büdcəsi hesabına ikiqat artırılacaq.
İclasda həmçinin mövcud ştatların optimallaşdırılması mövzusu da müzakirə olunub və təkrarlanan, qeyri-məhsuldar ştatların yeni vəzifələrdə birləşdirilməsi qərara alınıb. Bu qərarın əsas məqsədi əməkdaşların həyat şəraitinin yaxşılaşdırılması, məhsuldar işçi qüvvələrindən səmərəli istifadə, ədalətli qiymətləndirmə, tədrisin keyfiyyətinin yüksəldilməsi və MYP fəaliyyətində aktivliyin artırılmasıdır.
 
yuxarı ⤴