1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Gənclər Gününə həsr olunan “dəyirmi masa”
04.02.2017 / No4

 

 

 


Naxçıvan Dövlət Universitetində 2 fevral- Gənclər Gününə həsr olunan “Azərbaycanda gənclər hərəkatının müasir vəziyyəti” mövzusunda “dəyirmi masa” keçirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tələbələri Gənclər Günü münasibətilə təbrik edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində gördüyü işlərdən söz açıb. Qeyd edilib ki, hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra dahi şəxsiyyət Heydər Əliyevin çoxşaxəli fəaliyyətində gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, gənclərin sosial-mənəvi ehtiyaclarının ödənilməsi, gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması kimi məsələlər mühüm yer tutub. Ulu öndər 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev “2 fevral - Azərbaycan Gənclər Gününün elan edilməsi haqqında” sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur.
Sonra universitetin arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyevin və incəsənət fakültəsinin dekanı, dosent Günay Məmmədovanın mövzu ilə bağlı çıxışları dinlənilib.
Diskussiya şəklində davam edən tədbirdə müasir Azərbaycan gəncliyinin aktual problemləri və onların həlli yolları, milli dəyərlərin və vətənpərvərlik hisslərinin aşılanması və qorunması, mənəvi-əxlaqi keyfiyyətlərin artırılması kimi məsələlər geniş müzakirə olunub.

Nərmin CABBAROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

yuxarı ⤴