1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






SDU-da fəal tələbələrə diplom və hədiyyələr verilib
04.02.2017 / No4

 

 

 


Fevralın 2-də Sumqayıt Dövlət Universitetində Gənclər Günü münasibətilə tədbir keçirildi. Tədbirdən öncə universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla anılıb. Sonra tədbiri giriş sözü ilə açan elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik etdi, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevralın Gənclər Günü kimi qeyd edilməsindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs etdi. Bildirdi ki, hələ sovet dövründə Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil alması, uğurlu karyeraya nail olması ümummilli liderin adı ilə bilavasitə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti müasir Azərbaycan gəncliyi üçün bir örnəkdir.
Tədbirdə çıxış edən tələbələr Gənclər Gününün tarixi və ölkədə aparılan gənclər siyasəti barədə məlumat verdilər. Onlara göstərilən diqqətə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər. Vurğuladılar ki, Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi bütün sahələrdə böyük uğurlara imza atır.
Yüksək ruh yüksəkliyi ilə müşayiət olunan tədbirdə ölkənin və universitetin ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc tələbə diplom və hədiyyələrlə mükafatlandırıldı.
Bayram tədbiri “Səma” rəqs qrupunun və “Bəyaz” instrumental ansamblının ifasında maraqlı musiqi və rəqs nömrələri ilə davam etdirildi.

Mətbuat xidməti

yuxarı ⤴