1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Gəncə Dövlət Universitetində konfrans keçirilib
04.02.2017 / No4

 

 

 


Yanvarın 31-də Gəncə Dövlət Universitetində 2 fevral - Gənclər Gününə həsr olunmuş konfrans keçirilib.
Universitetin rektoru, professor Yusif Yusibov konfransda çıxış edib. Çıxışına ulu öndər Heydər Əliyevin “Gənclər ölkəmizin gələcəyi, onun iftixarı, onun ümididir. Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir” - sözləri ilə başlayan rektor 1997-ci ildən fevralın 2-nin ümummilli lider Heydər Əliyevin sərəncamı ilə ölkəmizdə Azərbaycan gəncləri günü elan olunduğunu diqqətə çatdırıb. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin daim gənclərə diqqət və qayğı ilə yanaşdığını, onların inkişafı üçün hər cür şəraitin yaradılmasına çalışdığını deyən rektor “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsini bu qayğının bariz nümunəsi adlandırıb.
Konfransda humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyevanın “Gənclər siyasəti uğurla həyata keçirilir”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyevin “Azərbaycan gəncliyi etibarlı əllərdədir”, sosial fənlər kafedrasının müəllimi Yeganə Əhmədovanın “Gəncliyimiz gələcəyimizdir”, GDU YAP gənclər birliyinin sədri Elmir Bağırovun “Dövlətimizin gənclər siyasəti” adlı məruzələri, xarici dillər fakültəsinin tələbəsi Aytac Səlimovanın söylədiyi “Gənclik” şeiri maraqla dinlənilib.
Konfransın sonunda universitetin fəal tələbələri fəxri fərmanla təltif edilib.

Mətbuat xidməti

yuxarı ⤴