1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Tələbələr uğurla aparılan gənclər siyasətindən danışıblar
04.02.2017 / No4

 

 

 


Fevralın 2-də Azərbaycan Texniki Universitetində (AzTU) 2 fevral-Gənclər Gününə həsr olunan tədbir keçirilib.
Tədbiri universitetin tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov açaraq AzTU-nun rektor əvəzi Xalıq Yahudovun təbriklərini gənclərə çatdırıb. Bildirilib ki, Gənclər Günü ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Ali təhsil müəssisəsində həyata keçirilən layihələrdən danışan prorektor bütün bu işlərin Prezident İlham Əliyevin gənclərlə bağlı siyasətinin tərkib hissəsi olduğunu bildirib. Vurğulanıb ki, AzTU-nun tələbələri hər zaman ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayıb və əsl vətəndaş mövqeyi nümayiş etdiriblər.
Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq Əlaqələr Departamentinin direktoru Nurxan Babayev çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin uzaq perspektivlərə hesablandığını bildirib. Qeyd edilib ki, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı, gənclərlə bağlı infrastruktur bazasının yaradılması, müəyyən qanunların qəbul edilməsi, konkret hədəflərə hesablanmış dövlət proqramlarının həyata keçirilməsi Azərbaycanın gələcəyi üçün layiqli nəsil yetişdirmək məqsədi daşıyır.
AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı və tələbələr də çıxışlarında ölkədə uğurla aparılan gənclər siyasətindən danışıblar.
Sonda təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə AzTU-nun THİK, ATGTİ və Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzi tərəfindən təsis edilən diplomlar təqdim edilib.

Mətbuat xidməti

yuxarı ⤴