Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
Paytaxt təhsilində yeniliklər
04.02.2017 / No4

 
 

 

 


“Ayın ən qənaətcil məktəbi”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində yanvar ayı üçün nəzərdə tutulan “Ekologiya və iqtisadiyyat aylığı” başa çatıb.
Bakı şəhərinin 12 inzibati rayonunun ümumi təhsil məktəblərində “Ekologiya və iqtisadiyyat” mövzusu üzrə elmi konfranslar, müsabiqələr, yarışlar, “açıq dərs”lər, sərgilər keçirilib, ekskursiyalar təşkil edilib, araşdırmalar aparılıb, məktəbyanı sahədə abadlıq işləri görülüb. Bundan əlavə, bir çox məktəblərdə layihə çərçivəsində kağız tullantıları toplanaraq tullantıların təkrar emalı zavoduna verilib, məktəb daxilində təbii ehtiyatların qorunması məqsədilə elektrik enerjisinə, suya qənaət olunması üçün praktiki işlər görülüb, kitabxanadakı istifadəsiz kitablar və yararsız halda olan məktəb avadanlıqları yenidən bərpa edilib. Layihə üzrə müəyyənləşdirilmiş mövzuların reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.
Yanvar ayının sonunda “Ekologiya və iqtisadiyyat” mövzusu üzrə Bakı şəhərindəki ümumi təhsil məktəblərinin fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə “Ayın ən qənaətcil məktəbi” nominasiyasında 246 nömrəli məktəb-lisey qalib olub.
Qeyd edək ki, aylıq çərçivəsində 246 nömrəli məktəb-liseydə “Təbiəti sevənlər” klubu yaradılıb, “Məktəblinin ekoloji müşahidə dəftəri”, “Ekologiyanı qorumaq üçün yaddaş kitabçası” və “Bir olaq, ətraf mühiti qoruyaq” bukletləri tərtib olunub. Şagirdlər tərəfindən tullantı hesab edilən məhsullardan yapışqan hazırlanaraq partalar təmir olunub. Həmçinin, şagirdlər tərəfindən tullantılardan hazırlanan təmizləyici vasitə ilə məktəb partaları təmizlənib.
Məktəb-liseydə çörək qırıntıları, kağız tullantıları və plastik qablar yenidən emal olunması üçün yığılıb. “Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Təbiəti sevənlər” klubunun üzvləri topladıqları çörək qırıntılarından kimya laboratoriyasında gübrə hazırlayıblar. Məktəbin ay ərzində gördüyü işlər həm ekologiyanın qorunması və ətraf mühitin təmiz saxlanılması, həm də iqtisadi baxımdan məktəb üçün səmərəli olub.
“Ekologiya və iqtisadiyyat aylığı” çərçivəsində Bakı şəhəri üzrə 5, 7, 24, 193, 201, 206, 218, 220, 234, 251, 257, 258, 283 və 302 nömrəli məktəblər də öz fəallıqları ilə seçiliblər.

Debat Klubları yaradılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Məktəblilərin Təhsil Müzakirələri” Debat Klubları layihəsinə start verilib.
Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi şagirdlərin ünsiyyət imkanlarının genişləndirilməsinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, onlarda auditoriya qarşısında sərbəst çıxış etmək, komanda halında birgə fəaliyyət göstərmək, məntiqi təfəkkürü inkişaf etdirmək, fikri düzgün çatdırmaq kimi bacarıq və vərdişlərin formalaşdırılmasından ibarətdir. Layihəyə ilk mərhələdə Bakı şəhərinin hər bir inzibati rayonu üzrə seçilmiş məktəblər daxil edilib. Cəlb olunan məktəblər bütün ümumi təhsil müəssisələri arasında aparılan sorğunun nəticələrinə əsasən müəyyənləşdirilib.
Ümumi təhsil müəssisələrində Debat Klubların təşkil edilməsi 3 mərhələdən ibarətdir. Hazırlıq mərhələsində müəyyənləşdirilmiş məktəblərin rəhbərləri (direktor, tərbiyə işləri üzrə direktor müavini, UBTR) ilə “dəyirmi masa”ların təşkili, məktəblər üzrə klub rəhbərlərinin seçilməsi və klub rəhbərləri üçün təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimlər mərhələsində rayonlar üzrə hər bir məktəbdə təlimlər keçiriləcək və yekun qiymətləndirmə aparılacaq. Sonuncu mərhələdə isə komandaların iştirakı ilə forum və bağlanış (final oyunu) tədbiri təşkil ediləcək.
Layihənin builki nəticələri əsas götürülərək növbəti tədris ilindən iştirakçı məktəblərin sayının artırılması planlaşdırılır.

“İcmalar üçün ingilis dili” layihəsinə start verilib

Təhsil Nazirliyi, “British Council” və “British Petrolium” Neft Şirkətinin birgə əməkdaşlığı çərçivəsində “İcmalar üçün ingilis dili” layihəsinə start verilib.
Layihə Azərbaycan Respublikasının 10 bölgəsini və Bakı şəhəri üzrə Qaradağ rayonunun neft boru kəməri keçən qəsəbələrini əhatə edir.
Layihənin əsas məqsədi ingilis dili müəllimlərinin dil və tədris bacarıqlarının təkmilləşdirilməsi və icma üzvlərinə keyfiyyətli ingilis dili tədrisinin təmin olunması yolu ilə onların məşğulluq imkanlarının artırılmasından ibarətdir.
Qeyd edək ki, layihəyə Qaradağ rayonu üzrə neft boru kəməri keçən qəsəbələrdən 6 pilot məktəb cəlb olunub. Fevralın ortalarından etibarən pilot məktəblərin ingilis dili müəllimləri müsahibəyə cəlb olunacaq. Müsahibə nəticəsində seçilmiş müəllimlər 120 saatlıq təlimlərdə iştirak edəcək. Mart ayından etibarən sentyabr ayınadək müəllimlər üçün onlayn dil və metodiki dəstək proqramı tədris olunacaq. Proqram çərçivəsində müəllimlərə resursların effektiv istifadə edilməsi barədə təməl məlumatlar ötürüləcək. Aprel ayından təlimçi ingilis dili müəllimlərinin icma üzvlərinə dil dərsləri təşkil olunacaq. Avqust və sentyabr ayları boyunca layihədə iştirak edən müəllimlərin dərsləri dinləniləcək və müəllimlərə müvafiq dəstəkləyici rəylər veriləcək.

Şagirdlərlə görüşlər davam edir

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri ilə “Gənclərin və orta məktəb şagirdlərinin aqrar elmə marağının artırılması” mövzusunda görüşlər keçirilir.
Görüşlər Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı əsasında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil edilir.
Görüşlər zamanı son dövrlərdə ölkəmizin aqrar sahədə qazandığı uğurlardan söhbət açılır, dövlət başçısı İlham Əliyev tərəfindən bu sahəyə göstərilən diqqət və qayğı şagirdlərin diqqətinə çatdırılır. Eyni zamanda, ölkəyə idxal olunan ət və süd məhsullarının yoxlanılması, xəstəliklərə qarşı mübarizə tədbirləri və gənc mütəxəssislərin fəaliyyəti, baytarlıq, üzümçülük və şərabçılıq sahələrində aparılan elmi-tədqiqat işləri və aqrar sahənin inkişafı ilə bağlı dövlətin qəbul etdiyi Strateji Yol Xəritəsi haqqında şagirdlərə geniş məlumat verilir.
Görüşlərdə həmçinin, Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilir.
Mütəxəssislər tərəfindən aqrar sahə ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılır, müvafiq ixtisaslar haqqında məktəbliləri maraqlandıran məsələlərə aydınlıq gətirilir.
Sonda şagirdlərə “Mən aqrar sahənin mütəxəssisi olsam, gələcəkdə bu sahənin inkişafı üçün nə edərdim?”, “Şagirdlərin düşüncəsində aqrar sahənin inkişaf yolları” mövzularında inşa müsabiqəsinin keçirilməsi barədə məlumat verilir.
Qeyd edək ki, şagirdlər öz inşa yazılarını məktəb rəhbərliyi vasitəsilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasına təqdim edə bilərlər. İnşa yazı müsabiqəsi qaliblərinin (I, II və III yerlər) təltif olunması nəzərdə tutulur. “Gənclərin və orta məktəb şagirdlərinin aqrar elmə marağının artırılması” mövzusunda ümumi təhsil məktəblərində keçirilən görüşlər davam edir.

Fiziki tərbiyə müəllimləri üçün seminar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin 25 fiziki tərbiyə müəllimi və Bakı şəhəri 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin voleybol komandası Azərbaycanda ilk dəfə voleybol üzrə keçirilən seminarda iştirak edib.
Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyasının birgə razılığına əsasən, 4 mərhələdən ibarət olan seminarı Avropa Voleybol Konfederasiyasının CEV İnkişaf Mərkəzinin meneceri Vuk Karanoviç və məşqçi instruktor Papa Georgeous keçirib. Seminarın sonuncu mərhələsinin sentyabr ayında keçirilməsi nəzərdə tutulub.
Seminar çərçivəsində Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov, seminarın ölkə üzrə rəhbəri Nərgiz İsmayılova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Valentina Sultanova iştirakçılarla görüşüblər. Görüş zamanı ölkəmizdə voleybol idman növünə marağın artdığı və bu sahə üzrə istedadlı idmançıların yetişdiyi barədə fikirlər səsləndirilib.
Qeyd edək ki, seminar iştirakçılarına müvafiq sertifikat təqdim edilib.

www.baku.edu.gov.az
yuxarı ⤴