1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





ADMİU tələbələrinin Gənclər Gününə həsr olunmuş konserti
04.02.2017 / No4

 
 

 

 


ADMİU-nun Musiqi sənəti fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) 2 fevral Gənclər gününə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan “Rossostrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov gəncləri təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsinin dekanı, dosent Ellada Hüseynova, estrada sənəti kafedrasının müdiri, dosent Məryəm Babayeva, instrumental ifaçılıq kafedrasının müdiri, dosent Səbinə Mehdiyeva, professor-müəllim heyətindən Humay Mansurova, Sevda Axundova, Rəşad Kazımov, Zəhra Qarayeva, Cəvahir Mustafayeva və tələbələr dəvət edilib.
Estrada sənəti, instrumental ifaçılıq və xalq çalğı alətləri ifaçılığı kafedralarının I, II və III kurs tələbələri Leyla Fərəcova, Natiq Yusibov, Polad Murtuzayev, Aytən Cəbrayılova, Aysel Quliyeva, Elçin Əziyev, Tamerlan Təhməzov, Zəkiyə Qasımzadə, Nurlan Abdullazadə, Səidə Əliyeva, Yusif Məhərrəmov və Məhəmməd Məmmədlinin ifasında piano və vokal əsərləri təqdim olunub. Gənc ifaçıların iştirakı ilə bayram konserti davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

yuxarı ⤴