1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Bakı Ali Neft Məktəbində “Şotlandiya günü”
04.02.2017 / No4

 
 

 

 


Bakı Ali Neft Məktəbində (BANM) məşhur şotland lirik şairi Robert Börnzün anadan olmasının 258-ci ildönümünə həsr olunmuş “Şotlandiya günü” keçirilib. Tədbirdə SOCAR, diplomatik nümayəndəlik və müxtəlif beynəlxalq şirkətlərin rəsmiləri iştirak ediblər. Şotland milli musiqiləri və rəqsləri nümayiş olunub, ali məktəbin tələbələrinin ifasında şeirlər və musiqi parçaları səsləndirilib.
Tədbiri giriş sözü ilə BANM-in rektoru Elmar Qasımov açaraq Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin inkişafından danışıb. Rektor qeyd edib ki, Şotlandiyanın Edinburq şəhərində yerləşən Heriot-Vatt Universiteti ilə BANM arasında əməkdaşlıq müqaviləsinə görə, Bakı Ali Neft Məktəbində “Şotlandiya günü” keçirilir, mayın 28-də isə Heriot-Vatt Universitetində “Azərbaycan günü” keçiriləcək. E.Qasımov şotland şairi Robert Börnzün yaradıcılığından danışıb. Vurğulanıb ki, hər bir milləti birləşdirən tarixi kökləri, milli-mənəvi dəyərləri, milli mədəniyyəti, incəsənəti, musiqisı, xalqa mənsub olan adət-ənənələrdir.
Birləşmiş Krallığın Azərbaycandakı səfirinin köməkçisi Stefan MakKormik cıxış edərək Böyük Britaniya ilə Azərbaycan arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrdən söz acıb.
Daha sonra BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, BP-nin Azəri-Çıraq-Günəşli qlobal layihələri üzrə vitse-prezidenti Kəsl Kelli və “British Council”-ın Azərbaycan nümayəndəliyinin təhsil və cəmiyyətlə iş üzrə meneceri Nərgiz Hüseynova çıxış ediblər. Çıxışlarda tədbirin keçirilməsinin əhəmiyyətindən söz açılıb, belə tədbirlərin ali məktəbin tələbələrinin milli ruhda tərbiyəsində vacib vasitə olduğu bildirilib.
Tədbirin bədii hissəsi Şotlandiya haqqında tanıtım filminin nümayişi ilə başlayıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

yuxarı ⤴