Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
Xarici mətbuatdan
04.02.2017 / No4

 
 

 

 


Dünyada ən böyük təhsil mükafatı təsis olunub

Çinli milyarder, “Tencent” telekommunikasiya nəhənginin banisi Çarlz Çen İdan tərəfindən dünyada ən böyük təhsil mükafatı təsis olunub. Mükafat fondu 8 milyon dollar olan “The Yidan Prize” hər il təhsil sahəsində köklü keyfiyyət dəyişikliyi edəcək 2 layihəyə veriləcək. Təşəbbüsün hədəfi ən perspektivli təhsil layihələrini aşkar etmək, onların miqyasını böyütmək və bütün dünyada yaymaqdır. Artıq ABŞ-ın Harvard və Massaçusets Texnologiya universitetləri mükafatı almaq üçün öz sifarişlərini veriblər. Qalib isə hər hansı kiçik təhsil layihəsi də ola bilər, əsas şərt odur ki, o, doğrudan da mütərəqqi olsun. Ən yaxşı layihəni seçmək üçün ekspertlərdən ibarət müstəqil komissiya yaradılacaq, onun tərkibində, UNESCO-nun idarə heyətinin keçmiş sədri də ola bilər. Sifarişlərin təqdim olunması martda bitəcək, qaliblərın adları isə sentyabrda elan ediləcək. “The Yidan Prize” bütün dünyada təhsil sahəsində ən böyük mükafat olacaq. Qeyd edək ki, müəllimlər üçün həmçinin 1 milyon dollar olan “The Global Teacher Prize” və mükafat fondu 500 min dollar olan “Minerva” və illik WISE mükafatları da mövcuddur.


Dəqiq elmlərin öyrənilməsi uğurlu gələcəyi təmin edir

“Microsoft” şirkəti Avropa ölkələrində məktəbli qızlar arasında dəqiq elmlərin və təbiətşünaslıq fənlərinin peşələrin seçiminə təsiri mövzusunda tədqiqat aparıb. Rusiyada məktəbli qızların 60%-dən çoxu hesab edir ki, riyaziyyat, fizika və informatika sahəsində biliklər həyatda onlara daha çox lazım olacaq. Onlar əmindirlər ki, riyaziyyat, fizika, informatika və kimya sahəsində qazanılan biliklər gələcəkdə yüksək maaşlı işlə təmin olumağa kömək edəcək.Tədqiqatın təşkilatçıları belə qənaətə gəliblər ki, gənc nəsil elm, texnologiyalar və mühəndislik sahəsində dünyaya böyük miqdarda qadın liderlər hədiyyə edəcək. Maraqlıdır ki, Avropada ənənəvi olaraq qızlar orta hesabla dəqiq və təbiət elmləri ilə 11, Rusiyada isə 10 yaşdan maraqlanmağa başlayırlar. Avropada qızların təxminən 40 faizi texniki və təbiətşünaslıq fənlərinin praktik dəyərini anlayırsa, Rusiyada onların sayı 50%-dən bir az çoxdur. Qızların 60%-dən çoxu hesab edir ki, bu biliklər həyatda onlara lazım olacaq. Tədqiqat göstərib ki, 15-16 yaşlı qızlar arasında dəqiq elmlərə maraq getdikcə zəifləyir. Beləliklə, müəllimlərin bu cür şagirdlərdə adıçəkilən fənlərə maraq oyatmaq və inkişaf etdirmək üçün 5-6 il vaxtları var. Daha bir maraqlı nəticə odur ki, Rusiyada valideynlərin 40 faizi övladlarını dəqiq elmləri öyrənməyə motivasiya edirsə, Avropanın digər ölkələrində bu göstərici orta hesabla 43% təşkil edir.

Rusiya təhsilində yeni meyillər

Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva sovet məktəbinin ən yaxşı ənənələrinə qayıtmağa tərəfdar olduğunu bildirib. “Məktəbə münasibətdə mən mühafizəkaram, sovet məktəbinin ən yaxşı ənənələrinə qayıtmağın tərəfdarıyam. Bütün yeniliklər unudulmuş köhnələrdir. Bu gün bu aktualdır. Məgər, XXI əsrdə istənilən məktəb əməyi qiymətləndirən, öz xalqına hörmət edən şəxsiyyəti tərbiyə etməməlidir? Gənc nəsli inandırmaq lazım deyil ki, o özü və ölkəsi üçün çalışmalıdır?”, - deyə nazir bildirib. O əlavə edib ki, müasir məktəb əməyə və öz xalqına hörmətlə yanaşan şəxsiyyətin yetişdirilməsi ilə məşğul olmalıdır. O.Vasilyeva hesab edir ki, şagirdlərin dərs yükünü azaltmaq lazımdır, eyni zamanda o, məktəbdə bütün fənlərin eyni dərəcədə əhəmiyyətli olmasını dəstəkləyir. O, ev tapşırıqlarının ləğv olunmasının əleyhinə olduğunu da bildirib. Nazir həmçinin ali təhsilin ikisəviyyəli sistemini tənqid edib. Onun sözlərinə görə, Bolonya təhsil sisteminə keçidə Avropa bir neçə 100 il vaxt sərf edibsə, bu sistemin Rusiyada tətbiqi cəmi 10 il çəkib. Aydındır ki, bu cür tələsik keçidlərdə səhvlər qaçılmazdır. Bu isə təhsilin keyfiyyətinə o qədər də yaxşı təsir göstərməyib. Nazir qeyd edib ki, ali məktəblər yeni proqramlar yaratmaq əvəzinə mövcud olanları ixtisar ediblər. Lakin fundamental biliklər olmadan hər hansı yaradıcılıq mümkün deyil.

Müəllimlər də onlayn təhsilə maraq göstərir

Harvard və Massaçusets Texnologiya universitetlərinin birgə apardıqları yeni tədqiqatların nəticələrinə əsasən, kütləvi onlayn təhsil alanların 1/3-i müəllimlər və ya əvvəllər pedaqoji fəaliyyətlə məşğul olan şəxslərdir. Onlayn təhsil kurslarının iştirakçılarının 32 faizi qeydiyyatdan müəllim kimi keçib. Onlardan 19%-i qeyd edib ki, onlayn kurslarda keçdikləri fənləri özləri məktəbdə tədris edirlər.
“Edx” təhsil platformasına həsr olunmuş tədqiqat işində 4,5 milyon onlayn-tələbənin xarakteristikası və fəaliyyəti təhlil edilib. Dörd il ərzində adları çəkilən ali məktəblər platformada 290 kurs təqdim ediblər. Kompüter elmləri üzrə kurslar bu gün ən populyar hesab olunur: yalnız bir belə kursa orta hesabla təxminən 21 min tələbə yazılır.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
xarici mətbuat materialları əsasında
yuxarı ⤴