Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
Mətnlərə kreativ yanaşma və onların şifahi nitqin inkişafında rolu
04.02.2017 / No4

Xarici dil dərslərində dilin öyrənilməsində mətnlərin böyük rol oynadığı danılmazdır. Mətnlər şagirdlərdə söz ehtiyatının artmasında, düzgün tələffüzün, intonasiyanin, sürətli oxunun yaranmasında, danışığın sürətlənməsində, yaradıcı təfəkkürün inkişafında gözəl vasitədir. Şagirdlərimin alman dilinə böyük maraq göstərməsi məni dərslərdə əlavə materiallardan, oxu vasitələrindən istifadə etməyə sövq edir. Məqsədim şagirdlərimin alman dilində fikirlərini sərbəst ifadə etməsinə, danışıqlarının sürətlənməsinə nail olmaqdır.
Danılmaz faktdır kı, xarici dil dərslərində şagirdlərdə qrammatika, oxu, yazı üzrə bilik və bacarıqlar yaxşı olduğu halda bəzən şifahi nitqdə istədiyimiz nəticəni əldə edə bilmirik. Ona görə də çalışıram kı, seçdiyim mətnlər sırf almanca danışığın formalaşmasına xidmət etsin.
Öz təcrübəmə əsaslanaraq dərsliklərdə olan bəzi maraqlı mətnlərdən və əsas sinifdənxaric oxu üçün seçdiyim mətnlərdən alman dili dərslərində necə istifadə etdiyimi həmkarlarımla paylaşmaq istəyirəm:
Mətnləri yaş qruplarına uyğun seçirəm və çalışıram ki, sözlərin 85-90%-i şagirdlərin bildiyi sözlər olsun. Qalan yeni sözləri əvvəlcədən plakata yazıb lövhədən asıram. Tutaq ki, seçdiyim mətn dostluq mövzusundadır. Əvvəlcə mövzuya uyğun müzakirə açıram. Bunun üçün lövhədən mövzuya uyğun şəkil asıram.
Şagirdlərə aşağıdakı kimi suallarla müraciət edirəm:
1. Dostluq mövzusuna uyğun hansı söz və ya söz birləşmələrini bilirsiniz?
Şagirdlər şəklin ətrafına mövzuya uyğun sözlər yazırlar. Sözlər ətrafında müzakirə apardıqdan sonra şagirdləri qruplara (3-4 nəfərlik) ayırıram. Mətndən bir abzas proyektor vasitəsi ilə göstərirəm. Mətnin bu hissəsi qruplar tərəfindən oxunur, mənasını aydınlaşdırandan sonra belə bir sual qoyuram.:
- Hadisə necə davam edə bilər? (Ardını özün yaz).
Şagirdlər dərsin əvvəlində şəklin ətrafına yazılmış sözlərdən də istifadə edə bilərlər.
Müəyyən vaxt qoyuram və vaxt bitdikdən sonra hər qrup öz işini lövhədən asır. Eyni vaxtda qruplar bir-birinin işini oxuyurlar. Qrupun hər üzvü bəyəndiyi hekayəyə 1 bal yazır. Sonda ən çox bal yığan hekayə (qrup) qalib sayılır.
Bundan sonrakı mərhələdə də qrup və ya kollektiv iş fomasından istifadə etmək olar. Məsələn:
- Bəs əslində hekayə necə davam edir?
Mətnin cümlələrini kəsib qarışdırıram (əvvəlcədən hazırlayıram) və belə bir tapşırıq verirəm:
- Bu cümlələri ardıcıl olaraq düzün (mətn şəklinə salın).
Mətn hazır olduqdan sonra mövzu müzakirələr nəticəsində tam təfsilatı ilə şagirdlərə aydın olur.
Müzakirələri təxminən belə suallarla aparıram:
- Replika və ya cümlələr kimə aiddir?
- Hekayənin qəhrəmanları arasında dialoq qurun.
- Təsəvvür et: Sən bu hekayənin qəhrəmanısan. Nə edərdin? və s.
Mətni bu cür işlədikdən sonra artıq şagirdlər mövzunu tam mənimsəyir, bu mövzuda fikirlərini sərbəst ifadə etməyi bacarırlar.
Sonda hər şagirdə fərdi olaraq mətn barədə məqalə yazıb mənim elektron poçtuma göndərməyi tapşırıram. Məqalədə təxminən bu sualların əhatə edilməsi nəzərdə tutulur:
- Mətn barədə nə düşünürsən?
- Mətni bəyəndinmi? Nə üçün?
- Yeni nə öyrəndin?
Belə mətnlərin işlənməsi 1-2 dərsi əhatə edə bilər. Burada şagirdlər həm köhnə biliklərindən istifadə edirlər, həm də yeni nəsə öyrənə bilirlər. Öz təcrübəmdən bunu deyə bilərəm ki, mətnlərlə bu cür işləmə şagirdlərdə sərbəst fikir yürütmə, kreativ yanaşma, yaradıcılıq, qrupda işləmə bacarığı, əməkdaşlıq, digər fikirlərə hörmət, qiymətləndirmə və s. kimi xüsusiyyətləri çox gözəl və sürətli inkişaf etdirir.

Yeganə QURBANOVA,
Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin alman dili müəllimi

yuxarı ⤴