Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
Ədəbiyyat dərslərində İKT-dən istifadə təcrübəsindən
04.02.2017 / No4

 

 

 


Yaşadığımız dövrü haqlı olaraq “kompüter”, “informasiya”, “texnologiya” və s. əsri adlandırırlar. Bu da təbiidir. Belə ki, hazırda məişətimizə, həyatımıza müxtəlif, ən yüksək səviyyəli texnologiyaya əsaslanan ayrı-ayrı cihazlar, məişət avadanlıqları elə daxil olmuşdur ki, onlarsız sadəcə olaraq müasir dövrü təsəvvür etmək mümkün deyildir. Bu baxımdan təcrübəli müəllim kimi deməliyəm ki, dil-ədəbiyyat dərslərini də İKT-dən istifadəsiz təsəvvür edə bilmirəm. Təcrübə göstərir ki, İKT-dən istifadə şagirdlərin təfəkkürünü daha da dərinləşdirir, təsəvvürlərini zənginləşdirir.
Məlumdur ki, hazırkı dövrdə ədəbiyyat dərslərində müəllimlər üçün ən vacib tələblərdən biri də şagirdlərə vətənpərvərlik hissləri aşılamaq və onları gücləndirməkdir. Bu baxımdan VI sinifdə Hikmət Ziyanın “Qarabağda” şeiri xüsusilə xarakterikdir. Haqqında danışdığımız mövzunu keçərkən motivasiya yaratmaq üçün kompüterin proyektoru vasitəsi ilə lövhəyə həm Azərbaycanın, həm də Qarabağın ayrıca xəritələrini gətirirəm.



Sonra isə xəritədə şeirdə adları ayrıca hallanan Şuşanı, Bərdəni, Ağdamı, Füzulini şagirdlərə göstərib, onlar haqqında nə bildiklərini, onlardan hansının ermənilərin işğalı altında olduğunu soruşuram. Şagirdlərdən Qarabağın əsrarəngiz təbiəti haqqında məlumat aldıqdan, ermənilərin bu əzəli Azərbaycan torpaqlarını nə vaxt işğal etmələri haqqında soruşduqdan sonra Hikmət Ziyanın “Qarabağda” şeirini ayrı-ayrı qruplara hissə-hissə oxumalarını tapşırıq verirəm. Motivasiyada Qarabağın təbiəti, gözəllikləri haqqında məlumat verməyim, onların şəkillərini İKT vasitəsi ilə göstərməyim təbiidir ki, şagirdlərdə dərs haqqında ilkin təsəvvür yaradır və nəticə etibarı ilə əqli hücum rolunu oynayır.
Motivasiyada İKT-dən belə geniş istifadə etməyim həm şagirdlərdə mövzuya maraq, həm də artıq ilkin təsəvvür yaradır ki, bu da dərsin daha asanlıqla mənimsənilməsinə səbəb olur.
Yaxud, VII sinifdə Zahid Xəlilin Xocalı faciəsinə həsr olunmuş “Sonuncu güllə” əsərini keçən zaman əvvəlcə şagirdlərə erməni faşistlərinin xalqımızın başına gətirdikləri müsibətlər, faciələr haqqında nə bildiklərini soruşuram. Xocalı faciəsi haqqında danışarkən isə əvvəlcə Xocalını, Azərbaycanın xəritəsində bu qəsəbənin tutduğu yeri, onun mühüm strateji mövqeyini, internetdən bilavasitə bu faciə ilə əlaqədar olan videoçarxı “ağıllı lövhə”də göstərirəm.
Bu zaman şagirdlərə az qala bütün Avropada böyük müvəffəqiyyətlə nümayiş etdirilən “Xoca” filmindən də bir neçə fraqment göstərirəm. Elə buradaca lövhədə Xocalı uğrundakı döyüşlərdə igidlikləri ilə fərqlənən, həyatlarını qurban verməklə dinc əhalinin mümkün qədər az itki ilə mühasirədən çıxmasında böyük rol oynamış Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş Əlif Hacıyevin və Tofiq Hüseynovun şəkillərini gətirirəm.



Sonra ayrı-ayrı qruplara mətndən müəyyən parçaları oxuyub tanış olmaları haqqında tapşırıq verirəm. Təbiidir ki, bütün bunlar dərslərdə motivasiyanın yaranmasına səbəb olur. Əlbəttə, burada da İKT-dən istifadə etməyim öz müsbət təsirini göstərir.
Yenə VI sinifdə “Zeynalabdin” mövzusunun tədrisi zamanı əvvəlcə şagirdlərdə idrak fəallığı, yeni mövzunu öyrənməyə həvəs yaratmaq üçün lövhəyə Hacı Zeynalabdin Tağıyevin, eləcə də onun tikdirmiş olduğu qız məktəbinin, müasir Bakıya yaraşıq verən digər tikililərin görüntüsünü gətirirəm.



Şagirdlərdən ayrıca olaraq Hacı Zeynalabdin Tağıyevin, ayrı-ayrı tikililərin, Bakıya Şollar suyu çəkdirməsi haqqındakı şəkillərə baxıb, onlar haqqında nə bildiklərini və nə düşündüklərini soruşuram. Təbiidir ki, şagirdlərlə İKT vasitəsi ilə qurduğum bu dialoq həm də motivasiya rolunu oynayır. Beləliklə, dialoqlar nəticəsində onlarda həm dərsə həvəs, həm də keçiləcək mövzu haqqında ilkin təsəvvür yaranır. Bu isə şagirdlərə keçiləcək yeni mövzunu daha yaxşı başa düşməyə və mənimsəməyə imkan verir.
VIII sinifdə “Kitabi - Dədə Qorqud”dan “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy” mövzusunu keçərkən motivasiyada İKT-dən geniş şəkildə istifadə edirəm ki, bu da mənə dərs haqqında şagirdlərdə ilkin təsəvvür yaratmaqda çox kömək olur. Belə ki, burada kompüter və proyektorun vasitəsi ilə lövhədə “Dədə Qorqud” filmindən müvafiq fraqment, eləcə də “ağıllı lövhə”də dastana çəkilmiş illüstrasiyanı göstərməklə şagirdlərdə keçiləcək mövzu haqqında ilkin təsəvvür yaradılır ki, bu da sonradan dərsin bütövlükdə daha yaxşı mənimsənilməsinə səbəb olur.
Sonda bir daha vurğulamaq istərdim ki, ədəbiyyat dərslərində də İKT-dən - kompüterdən, proyektordan, xüsusilə “ağıllı lövhə”dən istifadə etmək digər dərslərdə olduğu kimi çox böyük səmərə verir. Ona görə həmkarlarıma da İKT- dən, onun zəngin imkanlarından daha geniş şəkildə istifadə etməyi tövsiyə edirəm.

Kəmalə İSAYEVA,
Bakı şəhəri MLK-nın dil-ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru

yuxarı ⤴