Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
Bölgə xəbərləri
04.02.2017 / No4

 
 

 

 


Biznes inkubatorunun yaradılması və gənc fermer layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb

Elmi araşdırmaların nəticələrinin istehsala tətbiqinin əhəmiyyətinin günü-gündən artdığı müasir şəraitdə ali təhsil müəssisələrinin nəzdində texnoparklar, biznes inkubatorlar, texnologiya transferi ofisləri və başqa bu kimi struktur vahidləri yaradılır.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) mətbuat xidmətindən bildirilib ki, Azərbaycanda yeganə ali aqrar təhsil müəssisəsi olan bu universitetdə müasir çağırışlara uyğun sürətlə yenilənmə prosesi çərçivəsində biznes inkubatorunun qurulması istiqamətində müvafiq addımlar atılmaqdadır. Bu məqsədlə texnoparkların və biznes inkubatorlarının yaradılması üzrə mütəxəssis dosent İsa Qasımovun iştirakı ilə universitetdə müxtəlif müzakirələr aparılıb. Artıq müxtəlif fakültələrdə “Biznes inkubatoru”nun yaradılması və “Gənc fermer” layihələrinin həyata keçirilməsi, universitet-sənaye əməkdaşlığının səmərəli təşkil edilməsi istiqamətində müvafiq strukturun formalaşdırılması məsələləri müzakirə olunub.
Müzakirələrdə universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov, elmi işlər üzrə prorektoru Nizami Seyidəliyev, elm şöbəsinin müdiri Abbas İsmayılov, Magistr hazırlığı mərkəzinin direktoru Aydın İsayev,Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Aqil Mustafayev, Tələbə Elmi Cəmiyyətinin sədri Fərrux Rəhimov, müəllimlər və gənc tədqiqatçılar iştirak ediblər.
Dosent İsa Qasımov ADAU-nun yeni yataqxana kompleksində tələbələrlə və Magistr hazırlığı mərkəzində ikinci kurs magistrantlarla da müxtəlif görüşlər keçirib.

Abşeron Rayon Təhsil Şöbəsi maarifləndirici seminar keçirib

Abşeron Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məlumata görə, Xırdalan şəhər 4 nömrəli tam orta məktəbdə maarifləndirici seminar keçirilib. Seminar “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarının icrasını təmin etmək məqsədilə təhsil nazirinin müvafiq əmrinə əsasən təşkil olunub.
Təhsil şöbəsinin aparıcı məsləhətçisi Yavər Əhədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar haqqında məlumat verib, seminar iştirakçılarına təhsil müəssisələrində yekun qiymətləndirmənin aparılması qaydaları, test tapşırıqlarının məzmunu, məktəbdaxili qiymətləndirmə və onların kriteriyalarını ətraflı izah edib.
Seminarda həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası” və ona edilmiş dəyişikliklər pedaqoji kollektivə və valideynlərə izah olunub.

Milli Qəhrəmanın xatirəsinə həsr olunan turnirin qalibləri mükafatlandırılıb

Ağsuda Azərbaycanın Milli Qəhrəmanı Şamil Ramazanovun anadan olmasının 41-ci ildönümünə həsr olunan taekvando idman növü üzrə xatirə turniri keçirilib. Turnir rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin və Rəhimli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşıb. Rayon təhsil şöbəsindən məlumat verilib ki, Rəhimli kəndindən olan Milli Qəhrəmanın şərəfinə təşkil edilən xatirə turnirinə 6 çəki dərəcəsində, ümumilikdə, 41 yeniyetmə qatılıb.
Yarışlar gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Turnirin qaliblərinə diplom, medal və fəxri fərmanlar verilib.

Salyanın Kürsəngi kənd tam orta məktəbinin binası əsaslı təmir olunur

Salyanın Kürsəngi kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri aparılır. Rayon təhsil şöbəsindən redaksiyaya daxil olan məlumata görə, 640 şagird yerlik məktəb binası 1981-ci ildə istifadəyə verilib. Ötən dövrdə məktəbdə təmir işləri aparılmadığından təhsil ocağı yararsız vəziyyətə düşüb. Bu da məktəbdə təlim-tərbiyə işinin yüksək səviyyədə təşkilinə ciddi çətinliklər yaradırdı. Mövcud vəziyyəti aradan qaldırmaq üçün ötən ilin sonlarında məktəbdə əsaslı təmir işlərinə başlanılıb. Təmir zamanı binanın dam örtüyü, qapı və pəncərələri, su, elektrik xətti dəyişdiriləcək, sinif otaqları, fənn kabinetləri, kitabxana, laboratoriya, akt və idman zalları, digər yardımçı tikililər yenidən qurulacaq. Binada yeni istilik sistemi də quraşdırılacaq. Məktəb yeni avadanlıq, inventar və əyani vəsaitlərlə təchiz olunacaq.
Təhsil ocağının ərazisi abadlaşdırılacaq və yaşıllıqlar salınacaq. Həyətdə müxtəlif idman qurğuları quraşdırılacaq. Təmirin yeni tədris ilinədək başa çatdırılması nəzərdə tutulub.

Nümunəvi dərslər, intellektual oyunlar, disput və debatlar şagirdlərin inkişafında mühüm rol oynayır

E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Qasımova redaksiyamıza göndərdiyi məlumatda bildirir ki, keçirilən nümunəvi dərslər, intellektual oyunlar, disput və debatlar şagirdlərin inkişafında mühüm rol oynayır.
Məktəb-liseydə keçirilən bilik yarışları maraqla qarşılanır və şagirdlərə yeni bir stimul verir. Məktəbin tarix fənləri üzrə metodbirləşməsinin sədri Famil Əhmədzadə belə yarışların təşkilində xüsusi fəallıq göstərir. Onun rəhbərliyi ilə məktəbdə “Azərbaycan xanlıqları”, “Zəif bənd”, “Əlaçı” və s. bu kimi yarışlar şagird fəallığını və onların elmlərə marağını daha da artırır. “Əlaçı” intellektual bilik yarışması isə şagirdlərin ümumi dünyagörüşü, onların elm və incəsənət sahəsinə olan marağının öyrənilməsi baxımından əhəmiyyətli idi. VIII siniflər arasında keçirilən yarışın qalibi Nihad Əhmədli, IX siniflər üzrə isə Ülvi Cəbiyev oldu. Məktəbin direktoru Əhmədağa Ələkbərov qalibləri təbrik etdi və belə yarışların davam etdirilməsinin əhəmiyyətini vurğuladı.Bu intellektual yarışların və innovativ yanaşmanın nəticəsidir ki, məktəb respublika fənn olimpiadalarının rayon turunda ilk on yerdən öndəki altı yeri qazanmışdır.

Hazırladı: Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
yuxarı ⤴