1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Sədərək məktəbliləri arasında şahmat turniri başa çatıb
04.02.2017 / No4

 

 

 


Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon Şahmat Məktəbində 2 fevral - Gənclər Günü münasibətilə məktəblilər arasında keçirilən şahmat turnirində 32 nəfər yeniyetmə və gənc zəka sahibi qüvvəsini sınayıb. Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə reallaşan turnirin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev gəncləri bayram münasibətilə təbrik edib. O, Gənclər Gününün mahiyyətindən danışaraq gənclərimizə dövlət səviyyəsində daim diqqət və qayğı göstərildiyini qeyd edib. Etibar Əliyev gənclərin idman yarışlarına kütləvi şəkildə cəlb edilməsinin onların sağlam ruhda böyümələri üçün ən vacib amillərdən biri olduğunu deyib.
Sonra yarışa start verilib. Olimpiya sistemi üzrə keçirilən turnirin yekun nəticələrinə görə, oğlanlar arasında I, II, III yerləri müvafiq olaraq Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdləri Gökhan Hüseynov, Yasin Səlimzadə və Murad Səlimli, qızlar arasında I yeri Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdi Nurgül Qurbanova, II yeri Sədərək kənd 2 nömrəli tam orta məktəbin şagirdi Zeynəb Cəlilova, III yeri isə Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdi Ərkinaz Əhmədova tutub. Qaliblərə turnirin təşkilatçıları tərəfindən diplomlar təqdim olunub.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴