1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Rusiyalı professor: UNEC-in təcrübəsindən yararlanmaq lazımdır
11.02.2017 / No5

 

 

 


Plexanov adına Rusiya İqtisad Universitetinin Təhsilin İnkişafı üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yevgeniya Şubenkova Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-də “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans çərçivəsində Y.Şubenkova bu ali təhsil ocağının prorektoru, dosent Şahin Bayramov ilə görüşüb. UNEC ilə tanışlıqdan məmnun olduğunu bildirən Y.Şubenkova burada tətbiq olunan yenilikləri yüksək qiymətləndirib. “Elektron universitet” modelindən, diferensial əməkhaqqı sisteminin mükəmməlliyindən danışan rusiyalı professor qeyd edib ki, “Elektron universitet” layihəsi çərçivəsində tətbiq olunan elektron jurnal, müəllim və tələbələrin şəxsi kabineti, elektron tribuna tədris prosesini daha da asanlaşdırır. Sistem vasitəsilə tələbələr müəllimlərin reytinqini də müəyyənləşdirə bilir, eyni zamanda tədris prosesini qiymətləndirmək imkanı əldə edirlər. Bütün bunlar tədrisin keyfiyyətinin artırılmasına birbaşa təsir edən amillərdir. İmtahanların müasir texnologiyalarla, mərkəzləşdirilmiş qaydada aparılması da şəffaflıq və operativliyin təmin edilməsi baxımından əvəzsizdir.
Rusiyalı qonaq deyib: “Müəllimlərin stimullaşdırılması üçün UNEC-in məhsulu olan diferensial əməkhaqqı sistemi də öz unikallığı ilə seçilir. Fikrimcə, istər elmi, istər tədris fəaliyyətlərini, istərsə də özünüinkişafını artırmaları, təkmilləşdirmələri üçün müəllimləri stimullaşdıran daha mükəmməl sistem ola bilməz. Uzun müddətdir Plexanov adına Rusiya İqtisad Universitetində eyni sistemi qurmaq istəyirik. Gördüklərimdən sonra deyə bilərəm ki, bizim neçə illərdir etməyə çalışdıqlarımızı UNEC qısa bir müddətdə uğurla reallaşdırıb. Təhsilin keyfiyyətinə birbaşa təsir edən layihələrin belə operativliklə və müvəffəqiyyətlə tətbiq edilməsində UNEC-in təcrübəsindən yararlanmaq lazımdır”.
Azərbaycan barədə təəssüratlarını bölüşən professor Y.Şubenkova ölkəmizdəki əmin-amanlıqdan və iqtisadi-siyasi sabitlik şəraitindən danışıb. Diqqətə çatdırılıb ki, bir çox postsovet respublikaları hələ də XX əsrin sonlarının “yenidənqurma” fəsadlarından tam qurtulmadıqları halda, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı tez bir zamanda bu fəsadlardan xilas etdi. Rusiyalı professor deyib: “Azərbaycan xalqının bəxti gətirib ki, belə bir lideri olub. Hazırda Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Bakıda olduğum müddətdə müşahidələrim bunu deməyə əsas verir. Ölkəniz həqiqətən də çox gözəldir. Burada istər modern üslubda, istərsə də qədimilik baxımından möhtəşəm tikililər var. Alov qüllələri, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Qız qalası, İçərişəhər, eləcə də UNEC-in binası müasirliklə qədimliyin sintezidir”.
Görüşdə Plexanov adına Rusiya İqtisad Universiteti ilə UNEC arasında əməkdaşlığın növbəti mərhələsi müzakirə edilib. Qonaq fakültələr və bir sıra ixtisaslar üzrə tədris proqramlarının uzlaşdırılmasından sonra ikili diplomlar haqqında razılığın əldə olunacağına əminliyini bildirib.

İctimaiyyətlə əlaqələr şöbəsi
 

yuxarı ⤴