1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





İndoneziyanın nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub
11.02.2017 / No5

 

 

 


Fevralın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fənanini və İndoneziya Respublikasının Nümayəndələr Palatasının üzvü İrqan Chariul Mahfizin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Professor Əfqan Abdullayev qonaqları salamlayıb və onları ADU-da görməkdən məmnunluğunu bildirib. O, 2007-ci ildə regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində indoneziyaşünaslıq ixtisasının açıldığını, 2010-cu ildə isə İndoneziya Araşdırmalar Mərkəzinin yarandığını söyləyib. İxtisas haqqında ətraflı məlumat verən professor tələbələrin İndoneziya dili ilə yanaşı, bu ölkənin ədəbiyyatı, tarixi, coğrafiyası və siyasi sistemini öyrəndiklərini diqqətə çatdırıb. Ə.Abdullayev 2008-2016-cı illərdə ADU-nun 24 tələbəsinin İndoneziya Respublikası tərəfindən təklif olunan təqaüd proqramları üzrə bu ölkədə təhsil aldığını bildirib.
Hüsnan Bəy Fənani Azərbaycan və İndoneziya arasında təhsil sahəsində mövcud olan əlaqələrin inkişafında ADU-nun xüsusi rol oynadığını vurğulayıb. Səfir İndoneziya dövlətinin təklif etdiyi təqaüd proqramlarında azərbaycanlı tələbələr arasında ADU-da təhsil alanlara daha çox üstünlük verildiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən İrqan Chariul Mahfiz təhsil sahəsində ölkəsinin Azərbaycanla əməkdaşlığı artırmaq niyyətində olduğunu bildirib.
Sonra qonaqlar indoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb, İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

İnformasiya Departamenti

yuxarı ⤴