1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 11.02.2017

// 11.02.2017

// 11.02.2017


GDU-da rusiyalı alim və siyasi analitiklə görüş
11.02.2017 / No5

 

 

 


Fevralın 7-də Gəncə Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə V Bakı Beynəlxalq Humanitar Forumu iştirakçısı, Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki, tarix elmləri doktoru Oleq Kuznetsovun iştirakı ilə onun nəşr etdirdiyi “XX əsrdə transmilli erməni terrorizmi: tarixi-kriminoloji tədqiqat” adlı kitabın təqdimatı olub.
Təqdimatdan əvvəl siyasi analitiki Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov və elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə qəbul ediblər.
Təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, professor Sevda Qurbanəliyeva Azərbaycan-Rusiya dostluğunun tarixindən və bugünkü iqtisadi, siyasi, mədəni əməkdaşlığından bəhs edib. Oleq Kuznetsov isə “XX əsrdə transmilli erməni terrorizmi: tarixi-kriminoloji tədqiqat” adlı kitabının yazılma zərurətindən, məqsədindən, həmçinin faktlar əsasında erməni terrorizminin yaratdığı bəşəri faciələrdən, Azərbaycan xalqına qarşı törətdiyi soyqırımından geniş söhbət açıb.
Elm və innovasiyalar üzrə prorektor, dosent Pərvin Kərimzadə siyasi analitik Oleq Kuznetsova erməni terrorizminə həsr etdiyi bu kitaba, eləcə də orada real faktlara əsaslanaraq işğalçı erməni faşizminin insanlığa qarşı törətdiyi vəhşiliyi dünya xalqlarına çatdırdığına görə universitetin kollektivi adından təşəkkür edib.
Oleq Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi: tarixi-kriminoloji tədqiqat” adlı kitabının təqdimatı dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Mətbuat xidməti

yuxarı ⤴