1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 11.02.2017

// 11.02.2017

// 11.02.2017


Təhlükəsiz internet günü ilə bağlı videokonfrans
11.02.2017 / No5

 

 

 


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə fevralın 7-də Nazirliyin “Elektron Hökumət” Təlim-Tədris Mərkəzində “Təhlükəsiz internet günü” və “Fərdi məlumatların mühafizəsi günü” münasibəti ilə videokonfrans keçirilib.
Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdiyi videokonfransda “Yaxşı İnternet üçün birləşək” şüarı altında uşaq və yeniyetmələr üçün təhlükəsiz internet mühiti və fərdi məlumatların mühafizəsi” mövzusunda müzakirələr aparılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökumət” Təlim-Tədris Mərkəzinin direktor müavini vəzifəsini icra edən Rauf Cabarov Təhlükəsiz internet günü haqqında ətraflı məlumat verərək mərkəzin fəaliyyəti barədə danışıb.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev fondun müxtəlif sahələrdə həyata keçirdiyi maarifləndirici layihələrdən bəhs edib. Bu layihələrə bölgə əhalisinin birbaşa cəlb olunması üçün mərkəzin yaratdığı şəraiti yüksək qiymətləndirən İ.Vəliyev elmi nailiyyətlərin geniş auditoriyaya çatdırılması və interaktivliyin təmin olunması üçün bu platformanın üstünlüklərini vurğulayıb.
Çıxış edənlər - Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elektron Təhlükəsizlik Mərkəzinin nümayəndələri tədris prosesində istifadə olunan elektron resurslar, internetdə təhlükəsizlik qaydaları haqqında geniş məlumat veriblər. Videokonfransda Bakı məktəbliləri ilə yanaşı iştirak edən Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələ məktəbliləri və müəllimləri onları maraqlandıran suallara cavab alıblar.

İnformasiya təminatı sektoru

yuxarı ⤴