1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 29.04.2017


 

 
UNEC Dünya Bankının nəşrlərinə çıxış imkanı əldə edəcək
11.02.2017 / No5

 

 

 


Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə təhsil məsələləri meneceri Christian Aedo və təhsil məsələləri üzrə baş mütəxəssisi Jason Allen Wiever UNEC-də olub.
UNEC-in rektoru, professor Ədalət Muradov görüşdə qonaqlara alı təhsil ocağının fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Rektor dünya səviyyəli universitetlər sırasında qərarlaşmağı hədəfləyən UNEC-in beynəlxalq əlaqələrinə xüsusi diqqət çəkərək London Universiteti (University of London) / London İqtisadiyyat Məktəbinin (London School of Economics) bakalavr diplomunun rəhbərlik etdiyi ali təhsil müəssisəsində əldə etmək imkanlarından və Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramından söz açıb. O, Beynəlxalq İqtisadiyyat Məktəbi və UNEC Biznes Məktəbinin fəaliyyətindən danışıb.
Dünya Bankının nümayəndələri bildiriblər ki, səfərlərinin məqsədi Azərbaycanın ali təhsil sistemindəki prioritetləri öyrənməkdir. UNEC-də həyata keçirilən layihələri yüksək qiymətləndirən qonaqlar “Elektron universitet” modeli ilə diferensial əməkhaqqı sistemini dünya təhsil məkanına inteqrasiyada müsbət addım adlandırıblar. Xarici universitetlərdən məzun olan gənc mütəxəssislərin UNEC-ə cəlb edilməsini təqdirəlayiq hesab ediblər.
Görüşdə Dünya Bankının UNEC-in inkişaf strategiyasına dəstəyi müzakirə edilib. UNEC-in Dünya Bankının təhsilyönümlü nəşrlərinə çıxış əldə etmək imkanı, eyni zamanda beynəlxalq təhsil və tədqiqat layihələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

yuxarı ⤴