1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

ADNSU-nun rektoru San Dieqoda aparılan müzakirələrdə iştirak edib
11.02.2017 / No5

 

 

 


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı fevralın 2-də San Dieqo Dövlət Universitetində (San Diego State University) Universitet Rektorları Beynəlxalq Assosiasiyasının (URBA) yarımillik iclası çərçivəsində keçirilən “Ali təhsildə innovasiyalar: gözləntilər və çağırışlar” mövzusunda “dəyirmi masa” və panellərdə aparılan müzakirələrdə iştirak edib. 20-dən çox ölkədən 70-dək ali məktəb rəhbərinin qatıldığı görüşdə müxtəlif ölkələrin təcrübələrindən bəhs edilib, təhsildə innovasiyaların və innovativ biznesin rolu və perspektivləri ilə bağlı intensiv fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Universitet Rektorları Beynəlxalq Assosiasiyasının yarımillik iclasında iştirak etmək üçün ABŞ və Meksikaya səfəri çərçivəsində Meksikanın CETYS Universitetində olub. Fevralın 4-də ADNSU rektoru M.Babanlı Universitet Rektorları Beynəlxalq Assosiasiyasının digər üzvləri ilə birlikdə CETYS Universitetinin Tixuana və Ensenada kampuslarını ziyarət edib, universitetin maddi-texniki bazası və obyektləri ilə tanış olublar. Həmin gün keçirilən panellərdə bir çox ölkələrdən olan rektorlar ali təhsildə innovasiyaların tətbiq edilməsi, startapların əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Mustafa Babanlı 2016-cı ildən Universitet Rektorları Beynəlxalq Assosiasiyasının üzvüdür. Bu yaxınlarda qurum tərəfindən Mustafa Babanlının şəxsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə regional koordinatorluq və növbəti iclasın 2018-ci ildə Bakıda keçirilməsi təklif olunub.

Mətbuat xidməti

yuxarı ⤴