1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 23.06.2017

// 23.06.2017




 

 
“Thomson Reuters”in nümayəndəsi iqtisadiyyat fakültəsində
11.02.2017 / No5

 

 

 


Fevralın 8-də dünyanın nüfuzlu elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” agentliyinin Azərbaycan nümayəndəliyinin eksperti UNEC-də olub.
UNEC-in iqtisadiyyat fakültəsində təşkil edilən görüşdə universitetin professor-müəllim heyəti iştirak edib. UNEC-in elm şöbəsinin müdiri, professor Zahid Məmmədov bildirib ki, “Thomson Reuters”in təqdim etdiyi xidmətlər ölkəmizdə aparılan elmi araşdırmaların dünya standartlarına çatdırılması, həmçinin dünyada gedən elmi-tədqiqat işləri haqqında alimlərimizin məlumatlı olması üçün çox önəmlidir. Bunun köməyilə alimlər öz sahələrinə dair elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara və nəşr üçün daha effektiv şəkildə jurnallar seçə biləcəklər.
Z.Məmmədov UNEC və “Thomson Reuters”in birgə təşkilatçılığı ilə may ayında “Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması modeli: innovativ inkişaf, çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfransın keçiriləcəyini də iştirakçıların diqqətinə çatdırıb.
Sonra agentliyin Azərbaycan nümayəndəliyinin eksperti Aygün Babazadə “Thomson Reuters”in ali təhsil müəssisələrinin qlobal elmi bazası - “Web of Science” platforması barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, “Web of Science”də elmin bütün sahələri üzrə araşdırma aparan nüfuzlu alimlərin əldə etdiyi nəticələri, onların çıxardığı qərarları da tapmaq mümkündür. Bütün bunlar istənilən araşdırmada uğur qazanmaq, həmçinin qrant alınmasına kömək edir. Bu portal həmçinin ən geniş elmi referatlar bazasıdır.
Görüşdə informasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının dosenti Arzu Hüseynovanın “Elmi jurnalların qiymətləndirilməsində əsas prinsiplər”, İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin direktoru, dosent Zöhrə Həsənovanın “Web of science referativ bazası haqqında” və mərkəzin əməkdaşı Ofelya Mazanovanın “UNEC müəllimlərinin yaradıcılıq fəaliyyətinin qiymətləndirilməsi” mövzularında məruzələri dinlənilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Mətbuat xidməti

yuxarı ⤴