1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 11.02.2017

// 11.02.2017

// 11.02.2017


ATU-da tələbələrə rektor təqaüdü veriləcək
11.02.2017 / No5

 

 

 


Azərbaycan Texnologiya Universitetində rektor təqaüdü təsis edilib. Elmi Şuranın qərarına əsasən bu təqaüd müəyyən edilmiş şərtlərə cavab verən tələbələrə əlavə olaraq veriləcək. Bu zaman təhsilalanlara verilən əvvəlki tələbə təqaüdü də öz qüvvəsində qalacaq.
Rektor təqaüdü almaq imkanından müvəffəqiyyət göstəriciləri yüksək olan 12 tələbə yararlana biləcək. Belə ki, bu təqaüd universitetin 4 fakültəsinin hər birində imtahan sessiyasının nəticələrinə əsasən ilk üç yeri tutan tələbəyə bir semestr müddətində veriləcək. Təqaüdün məbləği müvəffəqiyyət göstəricilərinə əsasən fakültə üzrə birinci yeri tutan tələbə üçün 70, ikinci yeri tutan tələbə üçün 50, üçüncü yeri tutan tələbə üçünsə 30 manat məbləğində müəyyən edilib.
Bundan başqa qəbul imtahanları zamanı ATU-ya ən yüksək balla daxil olan tələbələrə də rektor təqaüdü veriləcək. Bu təqaüdün məbləği isə 50 - 200 manat arasında dəyişəcək. Universitetə qəbul zamanı 650-700 bal toplayanlara 200 manat, 600-650 bal toplayanlara 150 manat, 550-600 bal toplayanlara 100 manat, 500-550 bal toplayanlara isə 50 manat rektor təqaüdü veriləcək.

Mətbuat xidməti
 

yuxarı ⤴