1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 23.06.2017

// 23.06.2017




 

 
Gənclər Fondunun növbəti layihəsi
11.02.2017 / No5

 

 

 


Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsi çərçivəsində reallaşan “Gənclər üçün İKT təlimləri” adlı növbəti layihənin yekununa həsr olunan tədbir keçirilib.
Tədbiri BANM-in rektoru Elmar Qasımov giriş sözü ilə açaraq layihə çərçivəsində keçirilən təlimlərin gənclərin gələcəyi üçün vacib bir istiqamət olduğunu bildirib. Qeyd edilib ki, 2016-cı ildə BANM-in tələbələri və müəllimləri Gənclər Fondunun keçirdiyi müsabiqədə 12 qrant layihəsinin qalibi olublar. Rektor rəhbərlik etdiyi ali məktəbin Gənclər Fondu ilə əməkdaşlığını tələbələr üçün vacib və əhəmiyyətli olduğunu söyləyib. Bildirilib ki, Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətləri stimullaşdıran, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirən bir qurumdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev vurğulayıb ki, bu cür ali təhsil ocaqlarının ölkəmizdə yaradılması dövlət başçısı İlham Əliyevin gənclərə olan yüksək diqqət və qayğısının nəticəsidir. BANM-in tələbələrinin Gənclər Fondunun həyata keçirdiyi layihələrdə iştirakı, müsabiqələrdə qalib gəlmələri çox sevindiricidir. Bu bir daha sübut edir ki, BANM yüksək səviyyəli mütəxəssislər yetişdirir.
“Gənclər üçün İKT təlimləri” layihəsinin rəhbəri, BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Abbas Əlili diqqətə çatdırıb ki, təlimin təşkilinin əsas məqsədi orta məktəb şagirdləri arasında elektrik, elektronika, robotiks və avtomatika mühəndisliyinə maraq yaratmaqdır. O, Bakı Ali Neft Məktəbinin rəhbərliyinə və Gənclər Fonduna layihənin həyata keçirilməsində verdikləri dəstəyə görə təşəkkür edib.
Tədbirin sonunda şagirdlərə sertifikatlar və ARDUİNO Uno qurğuları hədiyyə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
 

yuxarı ⤴