1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





İlk peşə-ixtisas təhsilinin Dövlət Standartları layihəsi müzakirə olunub
11.02.2017 / No5

 
 

 

 


Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Nərimanov rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin Dövlət Standartları” layihəsinin müzakirəsinə həsr edilən “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”nı Peşə Təhsil Mərkəzinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Həsən Bayramov açaraq peşə təhsili ilə bağlı son vaxtlar həyata keçirilən tədbirlərə, qəbul edilən sənədlərə toxunub, müzakirə ediləcək normativ sənədin əhəmiyyətini qeyd edib. Dosent H.Bayramov, eləcə də tədbirdə çıxış edən Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Aybəniz Məmmədova, inzibati təsərrüfat işləri üzrə direktor müavini Mahirə Məmmədova, dərs hissə müdiri Oruc Həsənov, baş istehsalat təlimi ustası Fikrət Ağayev, nəzəri təlim fənn müəllimi Zakir Quliyev layihəni yüksək qiymətləndirib, onun müxtəlif istiqamətləri üzrə rəy və təkliflərini bildiriblər.
Azərbaycan Respublikası Təhsil İnstitutunun ilk peşə-ixtisas təhsili şöbəsinin müdiri, əməkdar müəllim Rəsul Əsgərov müzakirədə söylənilən fikirləri ümumiləşdirərək “Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin Dövlət Standartları” layihəsi haqqında, eləcə də “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş 12 hədəfdən biri kimi peşə təhsili və təlimi ilə bağlı perspektiv vəzifələrə dair geniş məlumat verib, müzakirə edilən məsələlərə, xüsusilə rəy və təkliflərə münasibətini bildirib, Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoji kollektivi ilə keçirilən müzakirənin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
 

yuxarı ⤴