1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Paytaxt təhsilində yeniliklər
11.02.2017 / No5

 
 

 

 


“Gənc istedadlar” breyn-rinq bilik yarışı keçirilir

Paytaxt məktəbliləri arasında “Gənc istedadlar” breyn-rinq bilik yarışı keçirilir.
Məktəblilərin “Gənc istedadlar” breyn-rinq bilik yarışı şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsiletmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqlarının üzə çıxarılması məqsədilə təşkil edilir.
Yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsi
nin tabeliyində olan 24, 84, 113, 312 və 327 nömrəli tam orta məktəblərin “İntellekt”, “Zəfər”, “Zəka”, “Lider” və “Təfəkkür” komandaları iştirak edir.
Bilik yarışının I mərhələsində məktəblilər Azərbaycan dili, Azərbaycan tarixi, riyaziyyat və coğrafiya fənləri üzrə biliklərini sınaqdan keçiriblər. Mərhələnin sonunda “Lider” və “Təfəkkür” komandaları (312 və 327 nömrəli tam orta məktəblərin komandaları) maksimum 15 xal toplayaraq digər komandalardan fərqləniblər.
II mərhələdə şagirdlər biologiya, fizika, informatika və ingilis dili fənləri üzrə bilik yarışına qatılıblar. Bu mərhələdə “Lider” və “Təfəkkür” komandaları 11 xal toplayaraq iki mərhələnin nəticələrinə görə, 26 xalla liderliyi bölüşüblər.
Komandaların növbəti görüşü fevral ayında 327 nömrəli tam orta məktəbdə keçiriləcək. Beynəlxalq Ana Dili Gününə həsr olunan bu mərhələdə şagirdlər kimya, ədəbiyyat, dünya tarixi və riyaziyyat fənləri üzrə mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, “Gənc istedadlar” breyn-rinq bilik yarışının son mərhələsi mayda keçiriləcək. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq final mərhələsində yarışın bütün mərhələləri üzrə komandaların topladığı xallar hesablanaraq qalib məktəb seçiləcək.

Məktəblilər arasında çempionat

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Yunior liqa” Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatının ikinci mövsümünə start verilib. Azərbaycan Şən və Hazırcavablar Klubu ilə Təhsil Nazirliyinin birgə keçirdiyi çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdan ibarətdir.
Çempionatda Bakı şəhərinin 21 ümumtəhsil məktəbini və Dağıstan Respublikasını təmsil edən komandalar yarışıb. Komandaların çıxışları tanınmış incəsənət xadimlərindən, Şən və Hazırcavablar Klubunun Rusiyanın Ali liqasında çıxış edən peşəkar oyunçularından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bakı şəhərindəki 1, 7, 160, 26, 18, 189-190, 227, 16, 86, 145 nömrəli məktəb və liseylərin, həmçinin Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin, 6 nömrəli məktəb-liseyin, 23 nömrəli tam orta məktəbin, “Ankara məktəbi” məktəb-liseyin, 132-134 nömrəli təhsil kompleksinin, Bakı Modern Məktəbinin və Mahaçqala şəhərinin komandaları yarımfinal turuna vəsiqə qazanıblar.

“Ailə Akademiyası” layihəsi çərçivəsində görüşlər

Paytaxtın ümumi təhsil müəssisələrində “Ailə Akademiyası” layihəsi çərçivəsində görüşlər keçirilib. Layihənin əsas məqsədi cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Təhsil Nazirliyinin razılığına əsasən, “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi tərəfindən Binəqədi rayonundakı ümumi təhsil məktəblərində keçirilən görüşlərdə müəllimlər, VIII-X sinif şagirdləri, valideynlər və psixoloqlar iştirak ediblər.
Görüş zamanı Azərbaycan Milli Elmlər Akademiyasının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, səhiyyə işçiləri və pedaqoqlar ailəyə həsr olunan müxtəlif mühazirələrlə çıxış ediblər. “Ailə dəyərlərinin müqəddəsliyi”, “Ailə münaqişələri və həlli yolları”, “Ailə dəyərləri və müasir gənclik”, “Ailə dəyərləri və prinsipləri” və bu kimi digər mühazirələrlə çıxış edənlər milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan danışıblar.
Qeyd olunub ki, Azərbaycan ailəsi, ilk növbədə, milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalıdır.

Maliyyə savadlılığına dair təlimlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllimləri üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib.
“Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ibtidai sinif müəllimləri üçün nəzərdə tutulan təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb.
Təlimlərin keçirilməsinin əsas məqsədi müəllimlərin iqtisadi bilik və bacarıqlarının artırılması, həmçinin iqtisadi biliklərin tədrisi zamanı onların əyani vəsait və elektron resurslarla təmin edilməsindən ibarətdir.
Ümumilikdə 75 müəllim maliyyə savadlılığının kurikuluma inteqrasiya edilən elementlərinə dair peşəkar təlimlərdə iştirak edib.
Layihə çərçivəsində 4 qrup üzrə təşkil edilmiş təlimlərdə “Həyat bilgisi” və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib, mövzular üzrə interaktiv oyunlara, çalışmalara yer verilib.
“Həyat bilgisi” fənn müəllimləri üçün təlimlər Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində, ibtidai sinif müəllimləri üçün təlimlər isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda təşkil olunub.
Təlimlərin yekununda qiymətləndirmə aparılıb və nəticələrə uyğun olaraq müəllimlərə sertifikatlar təqdim edilib.
Təhsildə maliyyə savadlılığına dair təlimlərin növbəti aylarda da keçirilməsi nəzərdə tutulur.

Müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib

Fevralın 10-da paytaxtda müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Bakıdakı 269 nömrəli tam orta məktəbdə Xətai və Suraxanı rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, məktəblərdə idman zalı, akt zalı və hərbi kabinetlərin müasir avadanlıqlarla təchiz olunması və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

İngilis dili üzrə fənn müəllimlərinin forumu keçiriləcək

Martın 4-də Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin ingilis dili müəllimlərinin forumu keçiriləcək.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təşkil olunacaq forumun əsas məqsədi ingilis dili fənnini tədris edən, yeni proqramlarla işləyən və nitq inkişafında digər fənlərin inteqrasiyasına üstünlük verən ingilis dili müəllimlərinin metodiki yanaşma və təcrübə mübadiləsinin təmin edilməsindən ibarətdir.
Qeyd edək ki, bu sahə üzrə fəaliyyət göstərən müəllimlər foruma təqdimatçı və ya iştirakçı qismində qatıla bilər. Həm iştirakçı, həm də təqdimatçı kimi qatılmaq istəyən müəllim forum sessiyası zamanı, həmçinin, 1 saatlıq təqdimat etməlidir.
Forumda iştirak etmək istəyən müəllimlər fevralın 28-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna müraciət edə bilərlər.

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir.
Layihə çərçivəsində fevral ayı ümumi təhsil məktəblərində “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusuna həsr olunub. Mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.
Mövzunun seçilməsində əsas məqsəd şagirdləri Azərbaycanın ekoloji tarixi, mədəniyyəti, incəsənəti barədə maarifləndirmək və onların diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına və mühafizə edilməsinə yönəltməkdir.
Bakı şəhərinin 12 inzibati rayonunun hər birində məktəblilər tərəfindən “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “açıq dərs”, sərgi və ekskursiyaların təşkil edilməsi, müxtəlif araşdırmaların aparılması nəzərdə tutulub.
Qeyd edək ki, fevral ayının sonunda mövzuya uyğun olaraq “Eko-etnoqrafiya şagirdlərin tədqiqatında”, “Ekoloji mədəniyyət və incəsənətin təbliği”, “Azərbaycanın ekoloji tarixi üzrə ən maraqlı araşdırma işi” nominasiyaları üzrə qalib məktəb seçiləcək.
Qalib məktəb orijinallıq, mövzunun əhatəliliyi, fəaliyyətin müxtəlifliyi, şagirdlərin bacarıqlarının formalaşdırılmasına xidmət edən fəaliyyətlərin yer alması, layihədə müxtəlif yaş qrupunu təmsil edən şagirdlərin iştirakı, mövzunun ekoloji problemləri əhatə etməsi, hesabatların təqdim edilməsində təsdiqləyici materialların mövcudluğu (foto və s.) kimi meyarlara əsasən müəyyən olunacaq.

www.edu.gov.az
yuxarı ⤴