1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr edilmiş tədbir
11.02.2017 / No5

 

 

 


Fevralın 7-də Bakı şəhəri 54 nömrəli tam orta məktəbdə məktəbin müəllimləri Təranə Eynalova və İradə Qafarovanın təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə müəllimlər, valideynlər və 20 Yanvar Nəsimi rayon təşkilatının üzvləri iştirak ediblər.
Məktəbin direktoru Sahibə Abbasova ölməz qəhrəmanın şərəfli həyat yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə məktəb üzrə Valideyn icmasının sədri Ülkər Qurbanova, 20 Yanvar Nəsimi rayon təşkilatının sədri Tofiq Allahverdiyev və başqaları Mübariz İbrahimovun qəhrəmanlığından söz açıblar.
Şagirdlərdən Röya Nəsirli, Hüseyn Zeynallı, Nəzakət Əhmədova, Nərmin Tağızadə və başqalarının ifasında qəhrəmana həsr edilmiş şeir söylənilib, mahnı oxunub və ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴