1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Dünyanın beynəlmiləl universitetlərinin yeni reytinqi
11.02.2017 / No5

 

 

 


Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

Böyük Britaniyada nəşr olunan “Times Higher Education” (THE) jurnalı 2017-ci il üzrə dünyanın ən beynəlmiləl universitetlərinin illik reytinqini (World's most international universities 2017) dərc edib. THE bütün dünya üzrə 10 mindən artıq ali məktəbi əhatə edir və universitetlərin akademik nüfuzunun qiymətləndirilməsində ən böyük beynəlxalq tədqiqatlardan biridir. Reytinqin tərtib edilməsi prosesində 4 göstərici nəzərə alınıb: xarici tələbə və müəllimlərin faiz tərkibi, xarici alimlərlə müştərək yazılmış elmi nəşrlərin sayı, universitetin beynəlxaq nüfuzu (universiteti bəyənmiş xarici ekspertlərin səslərinin sayının yerli ekspertlərin səslərin sayına olan nisbəti). Reytinqin tərtib edilməsi zamanı ali məktəbin sözügedən tədqiqata cəlb olunması üçün universitetin THE-nin qlobal top-500-lüyünə daxil olması şərtdir. Bundan əlavə, ali məktəb sorğu çərçivəsində ekspertlərin minimum 100 səsini (öz ölkəsindən isə yerli ekspertlərin ən azı 50 səsini) əldə etməlidir.
Builki reytinqə dünyanın 22 ölkəsindən 150 universitet daxil olub. İlk iki pillədə İsveçrənin Sürix Federal Texnologiya İnstitutu və Lozanna Federal Politexnik Məktəbi yer alıb. Amerika universitetləri reytinqdə daha çox, 64 yerlə təmsil olunub. Lakin bir sıra qlobal reytinqlərdən fərqli olaraq bu cədvəldə Amerika ali məktəbləri ön sıralarda yer ala bilməyib. ABŞ-ın yalnız bir ali məktəbi - Massaçusets Texnologiya İnstitutu top-30-luqda 22-ci yeri tutub. Harvard Universiteti sıralamada 33-cü, Stenford 36-cı, Kaliforniya Texnologiya İnstitutu isə 52-ci yerdədir. Böyük Britaniya ilk 10-luqda təmsil olunan ali məktəblərinin sayına görə (5 universitetlə) lider mövqedədir. “Times Higher Education”nun yeni reytinqi ilə daha ətraflı www.timeshighereducation.com/features/worlds-most-international-universities-2017 səhifəsindən tanış olmaq olar.
 

Dünyanın beynəlmiləl universitetlərinin yeni reytinq cədvəli

yuxarı ⤴