1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Elm xəbərləri
11.02.2017 / No5

 
 

 

 


Yeni maqnitrezistiv yaddaş hazırlanır

“IBM” və “Samsung” şirkətləri enerjidən asılı olmayan yaddaş istehsalının texnoloji prosesinin yaradılmasını elan edib. Yeni qurğu NAND fləş-kartlarından 100 min dəfə daha sürətli işləyir və praktiki olaraq qeyri-məhdud oxuma və yazma dövrü resursuna malikdir.
“Otkrıtıe sistemı” jurnalının məlumatına görə, şirkətlər STT (spin-transfer torque) texnologiyasından istifadə edərək növbəti nəsil maqnitrezistiv yaddaş (MRAM) hazırlayırlar. Bu, NAND fləş-kartlarının istifadə olunduğu daşınan qurğular və mobil texnika, o cümlədən Əşyaların İnternetinin tənzimləyiciləri üçün daha effektiv kiçik həcmli yaddaş mikrosxemlərini hazırlamağa imkan verəcək.
Əgər NAND fləş-kartlarında məlumatların yazılması üçün bir millisaniyə tələb olunursa, MRAM-da bu prosedur cəmi 10 nanosaniyə olacaq.

DNT turşusunu “oxuya” bilən cib analizatoru

Kaliforniya, Stokholm və Uppsala universitetlərinin tədqiqatçı və mühəndisləri smartfon üçün dezoksiribonuklein turşusunu (DNT) “oxuya” bilən qurğu hazırlayıblar.
Mütəxəssislərin qiymətləndirmələrinə əsasən, fabrik qurğusu 500 dollar civarında olacaq. Bu, hazırda mövcud laboratoriya avadanlıqları komplektindən bir neçə dəfə aşağı qiymətdir. Cihaz lazer şüası və elektrodiodun ağ işığını nümunəyə yönəldir, kamera çəkiliş edir, nəticə xüsusi alqoritmlə emal edilərək smartfon və ya qoşulmuş kompüterin ekranında əks olunur.
www.popmech.ru  saytının məlumatında bildirilir ki, DNT analizi üçün nəzərdə tutulmuş mobil dəst vasitəsilə geni tamamilə sekvensiya etmək mümkün olmayacaq. Lakin həkimlər biomaterialı uzaqda olan tədqiqat mərkəzlərinə analizə göndərmək əvəzinə, onun xərçəng şişləri qəfəsinin DNT-sinin mutasiyalarını tez bir zamanda aşkar edə biləcəklər.
Pasiyentin yerləşdiyi klinikada əldə edilən analiz diaqnozların qoyulmasını və uyğun preparatların təyinatını sürətləndirməyə imkan verəcək. DNT-nin analizi həm də bakteriya antibiotiklərinə dayanıqlığı aşkar etməyə, nadir və yeni infeksiyaların törədicilərini axtarmağa kömək edə bilər.

Ekzaflops səviyyəsində ilk superkompüter təqdim ediləcək

Çin dünyada ilk ekzaflops superkompüterin prototipinin hazırlanması işlərinin ən yaxın aylarda tamamlanacağını elan edib. Prototipi tamamilə funksional modelə çevirmək üçün isə iki il lazım olacaq.
www.hi-news.ru  saytının məlumatına görə, sistem plana uyğun işləsə bu, dünyada ən sürətli superkompüter olacaq.
“Ekzaflops səviyyəli superkompüterin hesablama sisteminin 2020-ci ildə tamamlanması gözlənilir. Nəticədə o, 2010-cu ildə dünyanın ən sürətli superkompüteri olaraq tanınan Çinin ilk superkompüterindən 200 dəfə güclü olacaq”, - deyə Superkompüter Proqramları Milli Mərkəzindən Zan Tin bildirib.
Çinin hazırlanma mərhələsində olan “Tyanxe-3” superkompüterinin prototipi saniyədə ən azı 1 kvintilyon hesablama yerinə yetirmək imkanına malik olacaq. Kvintilyonlar bir qayda olaraq, Yer kürəsinin kütləsinin (tonlarla) riyazi hesablamalarında və ya insan beynində molekulların sayının hesablanması zamanı istifadə olunur.
Qeyd etmək lazımdır ki, Çin hazırda ekzaflops səviyyəli superkompüterin hazırlanması ilə məşğul olan yeganə ölkə deyil. Anoloji işlər ABŞ-da da aparılsa da, burada yeni superkompüterin 2023-cü ildə təqdim olunması nəzərdə tutulub.

Düşüncə gücü ilə idarə olunan televizor pultu hazırlanıb

“Netflix” xidmətinin dörd istehsalçısı “Hack Day” illik müsabiqəsi çərçivəsində düşüncə əmrlərinin köməyi ilə xidmətin işini idarə etməyə imkan verən və televizor pultunu əvəz edən qurğu yaradıblar.
www.hitech.newsru.com  saytının məlumatına görə, “MindFlix” adlandırılmış bu qurğu sahiblərinə düşüncəni daha yaxşı mərkəzləşdirən və konsentrasiyanı itirməməyə imkan verən Muse dəsti əsasında yaradılıb. Lakin “Netflix” mühəndisləri dəstin digər tətbiqini də aşkar ediblər və onu xidmət menyusunun televizorun ekranında sürüşdürülməsi və videokontentin işə salınması üçün uyğunlaşdırıblar.
Qeyd edək ki, analoji müsabiqələr digər texnologiya şirkətləri arasında da keçirilir. Bu kimi yarışlar əməkdaşların komandada işləmək bacarıqlarının formalaşdırılmasına və məsələlərin həllinə innovativ yanaşmağa imkan verir.


www.ikt.az  saytının materialları əsasında hazırladı:
Yusif ƏLİYEV, “Azərbaycan müəllimi”
yuxarı ⤴