1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






AzMİU professorunun Almaniyada monoqrafiyası işıq üzü görüb
11.02.2017 / No5

 

 

 


AzMIU-nun nəzəri və inşaat mexanikası kafedrasının müəllimi, riyaziyyat üzrə elmlər doktoru, professor Ramiz İsgəndərovun “Möhkəmləndirilmiş və zədəli konstruksiyaların mühitdə dayanıqlığı” adlı monoqrafiyası işıq üzü görüb. Kitab Almaniyada, LAP LAMBERT Academic Publishinq nəşriyyatında çap olunub. Monoqrafiya AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun rəyi əsasında təsdiqlənib.
Sözügedən əsərdə müəllif özlü-elastiki mühitdə olan möhkəmləndirilmiş konstruksiya elementlərinin zədələnməsi nəzərə alınmaqla dayanıqlığının dinamik hesablanması üçün yeni fiziki və riyazi model işləyib hazırlayıb. Bu model xarici mühit xarakteristikalarının xüsusiyyətlərini - reologiyanı, tezlikdən asılılığı və s. nəzərə alır.
Monoqrafiya dayanıqlıq və rəqslər məsələsi ilə məşğul olan mühəndis-mexaniklər, doktorantlar, universitetlərin mexanika-riyaziyyat fakültələrinin müəllim və tələbələri, həmçinin ali texniki məktəblərin əməkdaşları üçün əhəmiyyətli bir mənbə ola bilər.
 

yuxarı ⤴