1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





İdmançılarımız beynəlxalq turnirin qalibi olub
11.02.2017 / No5

 

 

 


İtaliyanın Liqnano şəhərində cüdo idman növü üzrə ənənəvi “Alpe Adrea” beynəlxalq turnir keçirilib. Azərbaycanın yığma komandasının da iştirak etdiyi bu turnirdə Avropanın müxtəlif ölkələrindən 1000-dən artıq cüdoçu mübarizə aparıb.
Gərgin mübarizə şəraitində iki gün davam edən turnirin nəticələrinə əsasən, Təhsil Nazirliyinin 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri yüksək nəticə qazanıblar. 55 və 81 kq çəki dərəcələrində Hacı Musayev, Naim Hüseynov I yeri tutaraq qızıl, 60 və 81 kq çəki dərəcələrində Tofiq Məmmədov və Samir Məmmədov III yeri tutaraq bürünc medal qazanıblar.
 

yuxarı ⤴