1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Şahmat üzrə Bakı şəhər birinciliyi başa çatıb
11.02.2017 / No5

 

 

 


Fevralın 3-də Respublika Şahmat Mərkəzində 2001-2002-ci il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məlumatına əsasən, yarışda 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbini, 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat İdman Məktəbini, 3 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbini, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi, Həmkarlar İttifaqı Respublika Şahmat-Dama Klubu, “Elfim” Şahmat Məktəbi və Respublika Şahmat Klubunu təmsil edən 40 nəfər idmançı mübarizə aparıb.
Yarışda oğlanlar arasında I yeri İsmayıl İsmayılzadə, II yeri Teymuraz Axundov, III yeri Fərid Aslanov, qızlar arasında I yeri Fidan Əlizadə, II yeri Nərgiz Heybətova, III yeri Vəfa Əlibəyova tutublar. Qaliblərlə yanaşı qızlar arasında IV yeri tutan Zəhra Davudova da 16 mart tarixində keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıb.
Tədbirin bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator - kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar. Yarışda I, II və III yerləri tutan idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.
 

yuxarı ⤴