Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Rəsmi xronika
09.02.2018 / No05

* Fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib. Qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib.

* Ölkə başçısı İlham Əliyev fevralın 8-də Fransanın “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazini qəbul edib.

* Fevralın 7-də Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

* Ölkə başçısı İlham Əliyev fevralın 6-da ABŞ Dövlət katibi müavininin müşaviri xanım Bricet Brinki qəbul edib.

* Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu qəbul edib.

* Prezident İlham Əliyev fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul edib.

* Fevralın 5-də Prezident İlham Əliyev Dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

* Fevralın 5-də ölkə başçısı İlham Əliyev Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

* Fevralın 5-də Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının beşinci qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

* Azərbaycan Prezidenti İlham Əliyev fevralın 3-də Tağı Məhəmməd oğlu Əhmədovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Fevralın 2-də dövlət başçısı İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarına fəxri adların verilməsi, bir qrup əməkdaşın isə orden və medalla təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

* Ölkə başçısı İlham Əliyev fevralın 2-də Azərbaycan Dövlət Nəşriyyatı - “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Fevralın 2-də Prezident İlham Əliyev Əlövsət İbrahim oğlu Ağalarova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

* Dövlət başçısı İlham Əliyev fevralın 2-də Kamil Cəlil oğlu Cəlilovun Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf”, Rafiq Əşrəf oğlu Əzimovun isə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordenləri ilə təltif edilmələri haqqında sərəncamlar imzalayıb.

yuxarı ⤴