1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//09.02.2018
//09.02.2018
//09.02.2018
//09.02.2018
//09.02.2018
//09.02.2018

Beşinci könüllülük proqramı başa çatıb
09.02.2018 / No05


 
 
 

 

 


Könüllü gənclər korporativ ünsiyyət vərdişləri və təcrübə qazanıblar

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) reallaşdırılan V könüllülük proqramı yekunlaşıb.

Beşinci könüllülük proqramı çərçivəsində BŞTİ-yə 100 nəfər könüllü elektron (konullu@baku.edu.gov.az) qaydada müraciət edib. Onlardan müvafiq meyarlar əsasında 57 nəfər müsahibəyə çağırılıb və 29 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, onlardan 27-si BŞTİ-nin müvafiq sektorlarında, 1-i xidmət bölmələrində, 1-i isə Təlimə Dəstək Mərkəzində fəaliyyət göstərib.

Könüllü gənclər BŞTİ-nin müvafiq struktur bölmələrinin fəaliyyətində yaxından iştirak edib, onlara tapşırılan işləri uğurla yerinə yetirib, korporativ ünsiyyət vərdişləri və səmərəli təcrübə qazanıblar.

Könüllü kimi fəaliyyətlərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki, BŞTİ 5 ildir könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İntizamlı, xoşrəftar, kollektivdə çalışmağı, informasiya-kommunikasiya texnologiyaları ilə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin sonuncu kursunda oxuyan gənclər BŞTİ-də 3 ay təcrübə keçmək imkanı qazanırlar.

BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramı çərçivəsində 15, 2-ci könüllülük proqramında 26, 3-cü könüllülük proqramı əsasında 35, 4-cü könüllülük proqramında 42, 5-ci könüllülük proqramında isə 29 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstərib. Onlardan 17 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.

 
yuxarı ⤴