Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Fövqəladə hallarla bağlı davranış qaydaları
09.02.2018 / No05


 
 
 

 

 


Ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri təşkil olunur

Ümumi təhsil müəssisələrində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri təşkil olunur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində təlimlərin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, fövqəladə hadisələr zamanı şagird və müəllim heyətinə davranış qaydalarını öyrətmək, müvafiq qaydalarla bağlı bilik və bacarıqları təkmilləşdirməkdən ibarətdir.

Tədbirlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Tədbirlərdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, 112 “Qaynar xətt” xidməti, “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilir, müvafiq videoçarxlar nümayiş olunur.

Maarifləndirmə tədbirlərində məktəblilərə fövqəladə hallar zamanı (zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal qəzalar və s.) müvafiq qurumların həyata keçirdiyi təcili əməliyyatlar haqqında geniş məlumat verilir, şagirdləri maraqlandıran suallar cavablandırılır.

 
yuxarı ⤴