Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Bir qrup gənc mükafatlandırılıb
09.02.2018 / No05


 
 
 

 

 


Qazax rayonunda 2 fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirilib. Gənclər Mərkəzində təşkil olunan tədbirdə idarə, müəssisə, təşkilat rəhbərləri, rayonda çalışan, təhsil alan fəal gənclər və tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub və ümummilli liderin əziz xatirəsini böyük ehtiramla yad ediblər. Dövlət himni səsləndikdən sonra rayonda gənclərlə bağlı görülmüş işləri özündə əks etdirən slayd nümayiş olunub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tədbirdə çıxış edərək gəncləri bayram münasibətilə təbrik edib, onlara xoş və səmimi arzularını çatdırıb. Natiq Gənclər Gününün təsis olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu bildirib. Qeyd edilib ki, 1996-cı il fevralın 2-də gənclərin 1-ci forumu keçirilib. 1997-ci ildən ümummilli liderin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.

Gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, qazaxlı gənclərin də ölkənin, eləcə də rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdikləri, Azərbaycanın tərəqqisi naminə səylə çalışdıqları diqqətə çatdırılıb.

Tədbirdə gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edən, təhsil, səhiyyə, mədəniyyət sahəsində, rayonun ictimai-siyasi həyatında, hərbi xidmətdə və digər sahələrdə fərqlənən bir qrup gəncə diplom və qiymətli hədiyyələr verilib.

 
yuxarı ⤴