1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Amerikalı rejissor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad dərsləri keçib
18.02.2017 / No6

 
 

 

 


Fevralın 7-dən 13-dək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən görkəmli Amerika rejissoru, sənədli filmlər üzrə tanınmış mütəxəssis Lisa Leemanın ustad dərsləri başa çatıb.
Bu münasibətlə təşkil olunan tədbiri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva giriş sözü ilə açaraq ABŞ-ın Azərbaycandakı səfirinin müavini Vilyam Gil və iştirakçıları salamlayıb. Rektor tələbələri ustad dərslərini uğurla bitirdikləri üçün təbrik edib.
Vilyam Gil də çıxış edərək ustad dərslərinin iştirakçılarını görməkdən məmnun olduğunu vurğulayıb.
Çıxış üçün söz alan kino və televiziya fakültəsinin II, III kurs və “SABAH” qrupunun tələbələri publisistika və sənədli filmlərin daha çox həyatın reallığını əks etdirdiyini, təlim zamanı aktyor rolunun, obrazın və bədiiliyin vacib amil olduğunu, keçirilən ustad dərslərinin gələcək fəaliyyətlərində önəmli rol oynayacağını bildiriblər. Amerika rejissoru Lisa Leeman tələbələrə üzərində çalışdıqları sənədli filmləri qısa zamanda festivallarda görməyi arzulayıb.
Tədbirin sonunda ustad dərslərini uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, ustad dərsləri çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları ilə də görüş təşkil olunub. Tədbirdə kino, film və televiziya rejissorluğu, kino operatorluğu, teatr dramaturgiyası, prodüser və sənətşünaslıq ixtisasları üzrə universitetin təcrübəli professor-müəllim heyətindən Yalçın Əfəndiyev, Oqtay Babazadə, Rafiq Quliyev, Nəsimi Əliyev, Fariz Əhmədov, Ayaz Salayev, Əli Əmirli, Gülnarə Hüseynova, Mübariz Məmmədli və Fazilə Abbasova iştirak ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

yuxarı ⤴