1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Azərbaycan Dövlət İqtisad Universitetində
18.02.2017 / No6

 

 


UNEC-in rektoru Rusiya İqtisad Universitetinin yubileyində iştirak edib

UNEC-in rektoru, professor Ədalət Muradov Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin 110 illik yubileyində iştirak edib.
Rusiyanın ilk iqtisadyönümlü universitetinin yubiley tədbirlərinə həmin ölkənin nüfuzlu təhsil, elm, iqtisadiyyat və siyasi dairələrin nümayəndələri, o cümlədən dünyanın müxtəlif ali təhsil müəssisələrindən qonaqlar qatılıblar. Tədbirlərə “İşgüzar görüş”lə start verilib. “Ali təhsilin gələcəyi və universitetlərin inkişafı” mövzusunda keçirilən görüşdə Rusiya Federasiyasının ali təhsil və elm naziri, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Prezidenti, “Rostex” şirkətinin baş direktoru, “Rosneft” şirkətinin vitse-prezidenti, Rusiya Federasiyasının Hesablama Palatasının sədri, eyni zamanda dünyanın müxtəlif ölkələrindən 100-dən çox nümayəndə iştirak edib. İşgüzar görüşdə əhalinin rifah halının yaxşılaşdırılmasında təhsilin rolu, cəmiyyətin və iqtisadiyyatın ali təhsil qarşısında qoyduğu tələblər, universitetlərin transformasiyası yolları, üsulları və digər mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Universitetin rektoru, professor Viktor Qrişinlə görüşdə UNEC-in rektoru, professor Ədalət Muradov Rusiyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin ölkənin iqtisadi və siyasi inkişafında mühüm rol oynadığını bildirib. Zəngin tarixə və təcrübəyə söykənən ali təhsil ocağının məzunlarının təkcə Rusiyada deyil, həmçinin ölkə hüdudlarından kənarda da peşəkar kadr kimi qəbul edildiyini vurğulayıb.
V.Qrişin son illər UNEC-in əldə etdiyi nailiyyətlərin universitetin dünyanın nüfuzlu ali təhsil müssisələri sırasında yer tutmasına zəmin yaratdığını qeyd edib. UNEC-də Rus İqtisadiyyat Məktəbinin fəaliyyətə başlamasının ikitərəfli əməkdaşlıq imkanlarını daha da artırdığını bildirən V.Qrişin UNEC professorlarını Rusiya İqtisad Universitetində mühazirə oxumağa dəvət edib.
Görüşdə ikili diplom proqramlarının işlənməsi məqsədilə fənlərin uzlaşdırılmasına qərar verilib. Rusiyanın ən inkişaf etmiş distant təhsil imkanları olan Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti ilə birgə modulların işlənməsi razılaşdırılıb.
Yubiley tədbirləri çərçivəsində UNEC-in rektoru Sankt-Peterburq Dövlət İqtisad Universiteti, Çinin Şandonq Maliyyə və İqtisadiyyat Universiteti, Zaqreb İqtisadiyyat və Menecment Məktəbi, Lüksemburq İqtisadiyyat və Menecment Məktəbi, Ural Dövlət İqtisad Universiteti və digər ali təhsil müəssisələrinin rəhbərləri ilə də görüşüb. Görüşlərdə ikitərəfli əməkdaşlıq istiqamətləri, xüsusilə də ikili diplom proqramlarının işlənməsi barədə razılığa gəlinib.

Lester Universitetinin nümayəndə heyəti UNEC-də tətbiq edilən yenilikləri yüksək qiymətləndirib

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub. Lester Universitetinin prezidenti, professor Paul Boyle, strateji əməkdaşlıq üzrə direktoru Maykl Qrin və Bakı regional menecerləri UNEC-də tətbiq olunan yeniliklərlə tanış olub, maliyyə və innovativ bankçılıq laboratoriyalarına baxış keçiriblər. Qonaqlara Beynəlxalq İqtisadiyyat Məktəbi, UNEC Biznes Məktəbinin fəaliyyəti barədə məlumat verilib. Eyni zamanda, “Elektron universitet” modeli və “Diferensial əməkhaqqı sistemi” haqqında təqdimat olub. Lester Universitetinin nümayəndə heyəti universitetdə mərkəzləşdirilmiş qaydada aparılan test imtahan sistemi ilə də maraqlanıb.
UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən nümayəndə heyəti universitetdə tətbiq edilən yenilikləri yüksək qiymətləndirib. UNEC-in beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsinin və regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsi olmasının universitetlər arasındakı əməkdaşlıqda mühüm rol oynadığını bildirib. Professor Paul Boyle innovativ ideyalar əsasında fəaliyyət göstərən UNEC-lə dərin və uzunmüddətli strateji tərəfdaş olmaqda maraqlı olduğunu söyləyib.
Görüşdə UNEC-lə Lester Universiteti arasında gələcək əməkdaşlıq imkanları, o cümlədən ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi müzakirə edilib.
Daha sonra Radio UNEC-in qonağı olan professor Paul Boyle universitet haqqında təəssüratlarını bölüşüb.
Qeyd edək ki, UNEC-in 3 tələbəsi təhsillərini “Erasmus+” mübadilə proqramı çərçivəsində Lester Universitetində davam etdirir.

UNEC xarici universitetlərin təcrübəsini öyrənməyə davam edir

UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində Qış məktəbinin açılışı olub. Tədbir iştirakçılarına UNEC-dəki yeniliklər haqqında məlumat verən departament direktoru Rasim Şərifov tədrisin keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin elmi potensialının, tədris bacarıqlarının artırılması və bu sahədə xarici təcrübənin öyrənilməsinin universitetin prioritetləri sırasında olduğunu bildirib. Departament direktoru bu məqsədlə Quba Tədris, İdman və İstirahət Kompleksində bundan əvvəl 132 müəllimin iştirakı ilə keçirilən təlimlərdən, burada xarici professorların iştirakından, müəllimlərin nüfuzlu universitetlərə ezam olunmasının əhəmiyyətindən danışıb.
Mərkəz direktoru Raqif Qasımov Qış məktəbinin təşkilinin ali təhsil ocağının professor-müəllim heyətinin müasir tədris bacarıqlarının təkmilləşdirilməsinə yönəldiyini deyərək budəfəki təlimlərə 120 müəllimin qatıldığını bildirib. Qeyd edib ki, məktəbdə seminar və mühazirə dərslərinin strukturunun idarəedilməsi vasitələrinin tətbiqi həyata keçiriləcək və müasir İKT formaları olan “ePortfolios” və “Snagit”in istifadəsi, müəllimlərin liderlik və menecment bacarıqlarının artırılması, biliyin qiymətləndirilməsi metodlarının təkmilləşdirilməsi, auditoriyanın interaktiv metodlarla idarəedilməsi mövzularında təlimlər keçiriləcək.
UNEC-də reallaşdırılan layihələri, eyni zamanda Qış məktəbini dəstəkləyən Paris-Sorbon Abu-Dabi Universiteti rektorunun müşaviri İmran Muxtarov, professorlar Rida Ballaik Hourani və Litz David Riçard müəllimlərin müasir tədris bacarıqlarının təkmilləşdirilməsi, onların liderlik və menecment bacarıqlarının, auditoriyanın interaktiv metodlarla idarəedilməsi baxımından keçirilən təlimlərin faydalı olacağını bildiriblər.
Açılışdan sonra ilk təlimlərə start verilib. Təlimlər dörd gün davam edəcək. Sonda iştirakçılara sertifikatlar veriləcək.
Qeyd edək ki, UNEC-in Qış məktəbi çərçivəsində dekan və kafedra müəllimlərindən ibarət nümayəndə heyəti Türkiyənin nüfuzlu Sakarya, Süleyman Dəmirəl və Uludağ universitetlərinə də ezam olunublar. Məqsəd müəllimlərin elmi potensialının artırılması, xarici universitetlərin təcrübəsinin öyrənilməsidir.
Dörd gün davam edən səfərdə UNEC-in nümayəndə heyəti təmsil etdikləri ali təhsil ocağının prioritet istiqamətləri üzrə yeni təcrübələrin tətbiqi məqsədi ilə müxtəlif araşdırmalar aparıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
yuxarı ⤴