1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
SDU-da Elektron İdarəetmə Sisteminin təqdimatı keçirilib
18.02.2017 / No6

 

 

 


Sumqayıt Dövlət Universitetində ali təhsil ocağının professor-müəllim heyətinin iştirakı ilə Elektron İdarəetmə Sisteminin təqdimatı keçirilib.
Təqdimat mərasimində çıxış edən prorektor Qafar Atayev universitetdə qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, innovasiyaların tətbiqinə başlanıldığını vurğulayıb. Bildirilib ki, Elektron İdarəetmə Sisteminin yaradılmasında məqsəd şəffaf və səmərəli təhsil mühitinin formalaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün innovativ texnologiyaların təqdim edilməsidir.
Proqram və sistem təminatı şöbəsinin müdiri Vüsal Haqverdiyev bildirib ki, sistem vasitəsilə müəllim və tələbə heyətinin qeydiyyatı, onların idarə olunması, tədris planlarının, fənlərin dərs cədvəllərinin yaradılması, tələbələrin qiymətləndirilməsi, imtahanların, habelə kitabxana işinin və mühasibatlığın aparılması, insan resurslarının mərkəzləşdirilmiş saxlanılma qaydaları avtomatlaşdırılır və elektron qaydada təşkil olunur. Həmçinin tələbələr şəxsi şifrəsi və istifadəçi adı ilə qiymətlərini izləyə bilərlər.
Mərasimdə rektor Elxan Hüseynov son zamanlar universitetdə görülən işlərdən danışaraq qeyd edib ki, bu layihə ali məktəbin əldə etdiyi uğurlar sırasında mühüm yer tutur. Elektron İdarəetmə Sisteminin tətbiqi universitetdə təhsilin və tədris prosesinin keyfiyyətini daha da yüksəltməyə imkan verəcək.
Təqdimatın sonunda yeni proqramla işləmə qaydalarının mənimsənilməsi ilə bağlı treninqlərin keçirilməsi məsələsi müzakirə olunub.

yuxarı ⤴