1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Amerikalı ekspertlər Azərbaycan Texniki Universitetinin qonağı olublar
18.02.2017 / No6

 

 

 


Ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Silikon Vadisinin iki eksperti fevralın 14-də Azərbaycan Texniki Universitetinin (AzTU) professor-müəllim və tələbə heyəti ilə görüşüb.
Şimali Kaliforniya ştatında yerləşən, müasir texnologiyalar ünvanı olan Silikon Vadisinin "Minilliyin layihəsi”nin həmtəsisçisi, “Santa Clara Valley of ASM İnternational Society”nin sədri Brok Hinzman və Futuristik reallıq və Gələcək Biznes Şəbəkəsinin nümayəndəsi Eylin Makcinisi əvvəlcə AzTU-nun rektor əvəzi Xalıq Yahudov qəbul edib. Görüşdə Azərbaycan - ABŞ elmi əlaqələrinə diqqət çəkilərək mövcud və perspektiv layihələr haqqında müzakirələr aparılıb.
Sonra amerikalı ekspertlər AzTU-nun professor-müəllim və tələbə heyəti ilə görüşüblər. Universitetin prorektoru İsa Xəlilov qonaqları iştirakçılara təqdim edib və “Minilliyin layihəsi” çərçivəsində çalışan nümayəndələrin tələbələrlə görüşünü yüksək qiymətləndirib. Prorektor bildirib ki, bu layihə çərçivəsində qlobal problemlərin həllinə böyük töhfələr verilir.
AzTU tələbələri üçün bu görüşü təşkil edən Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova çıxış edərək müasir tələbələrin yeni texnologiyalar üzərində apardıqları tətbiqdən danışıb. Vurğulanıb ki, layihələndirmə işində yeni texnologiyalardan istifadə çox mühümdür. Bu cür texnologiyalardan olan 3D printerlərinin özəlliyindən və layihələndirmə işindəki texnoloji çevikliyindən danışan R.Hüseynova Azərbaycan gənclərinin bu maşınla bağlı biliklərinin genişləndirilməsinin vacib məsələ olduğunu qeyd edib.
Silikon Vadisinin ekspertləri Amerikada 3D printer texnologiyaları üzərində tələbələrin keyfiyyətli işlərindən bəhs ediblər. Ekspertlər bildiriblər ki, qaz və neft sahəsində 3D printerin istifadəsi bu sahədə aparılan işlərin effektivliyini dəfələrlə artırıb. 3D printerin məhsulu olan kəskin dəyişkənlik gətirən müasir texnologiyalara və indiki texnologiyaların gələcəkdə hansı texnologiyalarla əvəz olunmasına diqqət çəkən qonaqlar artıq sənayenin robotlaşdığını qeyd ediblər.
Ekspertlər 3D printerinin bütün xüsusiyyətləri, keyfiyyətli məhsulları haqqında iştirakçılara ətraflı məlumat verib və maşını əyani nümayiş etdiriblər.
Çıxışlarda qeyd olunub ki, ideyaların gerçəkləşməsi üçün 3D printeri çox gözəl və əhatəli texnologiyadır.
Sonda iştirakçıların sualları ekspertlər tərəfindən cavablandırılıb.

Mətbuat xidməti

yuxarı ⤴