1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






GDU-da Beynəlxalq Gənclər İttifaqının konfransı
18.02.2017 / No6

 

 

 


Fevralın 14-də Gəncə Dövlət Universitetində “Böyük İpək Yolu” adlı konfrans keçirilib. Kon-fransda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədr müavini Heydər Atayev, ittifaqın baş katibi Aytən Əliyeva, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, YAP universitet təşkilatı Gənclər Birliyinin sədri Cavid Bağırov, universitetin müəllim və tələbə heyəti iştirak edib.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov qeyd edib ki, müasir dövrdə “Böyük İpək Yolu” üzərində yerləşən ölkələr arasında dialoqun yaradılması, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və bu sahədə xüsusən gənclər arasında anlaşmaya diqqət yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə bir problemin həllində “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının rolu danılmazdır.
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədr müavini Heydər Atayev ittifaqın fəaliyyətindən bəhs edərək ilk növbədə sahibkarlığın inkişafına yardım etməyin, görülən işləri dəstəkləməyin, iqtisadi-sosial inkişafın təmin edilməsi sahəsində əldə edilmiş nailiyyətləri təbliğ etməyin, müvafiq istiqamətdə beynəlxalq təcrübəni öyrənməyin əsas məqsədlərdən olduğunu bildirib. Qeyd edib ki, nəzərdə tutulmuş vəzifələri reallaşdırmaq üçün müxtəlif kurslar və seminarlar, “dəyirmi masa” və görüşlər, sərgilər, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirilir, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edilir, aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq yaradılıb.
İttifaqın baş katibi Aytən Əliyeva “Gəncənin tarixi-Böyük İpək Yolu”, universitetin əməkdaşlarından dosent Hüseyn Bəxtiyarov “Böyük İpək Yolunun tarixi”, dosent əvəzi Etibar Musayev “Böyük İpək Yolunun yaranmasının tarixi səbəbləri” mövzularında məruzələr ediblər.
Konfransın sonunda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Mətbuat xidməti

yuxarı ⤴